Modern.az

Gürcüstanın yeni hökuməti təsdiqləndi

Gürcüstanın yeni hökuməti təsdiqləndi

22 Fevral 2021, 21:56

Gürcüstan parlamenti yeni hökumətin tərkibini və 2021-2024-cü illər üçün fəaliyyət proqramını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

 

İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.

 

Qeyd edək ki, 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub. O, artıq ikinci dəfədir hökumət başçısı kimi fəaliyyət göstərəcək. İlk dəfə 2013-cü ilin noyabrında baş nazir təyin olunan İ.Qaribaşvili 2015-ci ilin dekabrında vəzifəsindən istefa verib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq