Arxiv
24 Fevral 2021, 14:06 | QARABAĞ
Rusiya Paşinyanın “İsgəndər”lə bağlı iddialarında sərt CAVAB VERDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın II Qarabağ müharibəsində istifadə etdikləri Rusiya istehsalı olan “İsgəndər” raketlərininin yararsızlığı və partlamaması barədə iddiaları Rusiyada hiddətə səbəb olub.

Modern.az xəbər verir ki, Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin Paşinyanın Rusiyanın raket sistemlərinin işini şübhə altına almasına etiraz edib.


Viktor Zavarzin erməni siyasətçinin fikirlərini rədd edib. Onun sözlərinə görə, Paşinyan bu şəkildə özünün günahsız olduğunu əsaslandırmağa, Dağlıq Qarabağdakı məğlubiyyətinə bəraət qazandırmağa çalışır.

“Bir insan özünə bəraət qazandırmağa çalışırsa, onun üçün “İsgəndər”lər də yararsızdır, erməni xalqı və ordusu da günahkardır. Əlbəttə ki  Paşinyanın dedikləri doğru deyil. Rusiya istehsalı olan "İsgəndər" müxtəlif təlimlərdə sınaqdan çıxıb və hədəfi çox yüksək dəqiqliklə vura bilib. Buna heç bir şübhə ola bilməz. Suriyada da “İsgəndər”lərdən çox dəqiq və dəfələrlə istifadə olunub. Yumşaq desək, yoldaş Paşinyanın iddiaları ilə qəti razı deyiləm”.


Rusiyalı siyasətçi bildirib ki, “İsgəndər”lə bağlı iddialar Qərbin diqtəsilə əsassız olaraq gündəmə gətirilir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın II Qarabağ müharibəsində “İsgəndər” raketlərindən vaxtında istifadə edilmədiyi barədə iradlarına cavabında bildirib:

- Qoy sual versin (Serj Sarkisyan) ki, niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10 faiz partladı?... Bəlkə bu 80-ci illərin silahı idi?”.


Paşinyan dolayısı ilə Sarkisyana demək istəyib ki, “mən sizin qurduğunuz ordu və silahlarla döyüşdüm, fəxr etdiyiniz “İsgəndər”lər də işləmədi”.

Bununla da erməni baş nazir əslində Sarkisyan üzərindən Rusiyanı da hədəfə alıb.

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 6-cı günün duası - iftar və imsak vaxtı 19 Aprel 2021, 04:20 Avropada futbol qalmaqalı 19 Aprel 2021, 01:00 “Ayaks” 20-ci ölkə kubokunu qazandı 19 Aprel 2021, 00:50 Boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 19 Aprel 2021, 00:38 Türkiyədə meşə yanğınları PUA-larla izlənəcək 19 Aprel 2021, 00:22 Goranboyda karantinlə bağlı reyd keçirildi - FOTO 19 Aprel 2021, 00:05 Bakıda yol qəzası - xəsarət alan var 18 Aprel 2021, 23:56 Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO 18 Aprel 2021, 23:40 Heydər Əliyev prospektində qəza tıxac yaratdı - FOTO 18 Aprel 2021, 23:23 İraqda hərbi bazaya raket hücumu - yaralananlar var 18 Aprel 2021, 23:18 Rusiya 20 Çex diplomatını ölkədən qovdu 18 Aprel 2021, 23:06 Messidən bir oyunda üç REKORD 18 Aprel 2021, 22:53 Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu 18 Aprel 2021, 22:40 Yol polisi Biləsuvarda reyd keçirdi - FOTO 18 Aprel 2021, 22:24 ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ 18 Aprel 2021, 22:08 Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05