Arxiv
24 Fevral 2021, 20:00 | DİASPOR
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb

Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bişkek şəhərindəki Qırğızıstan Xalqları Məclisinin binasında baş tutan tədbirdə Azərbaycan ziyalıları, diaspor fəalları, ahıska türkləri, uyğur, əfqan, tacik mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak ediblər.

 

Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqə sükutla yad edilməsilə başlayıb. Tədbirdə çıxış edən "Azəri" İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalı şəhərini işğal etdiyi və dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdiyi barədə müfəssəl məlumat verib. Bu cinayətin birbaşa Qarabağın o zamankı xunta rejimini təmsil edən, sonradan Ermənistana rəhbərlik edən Robert Koçaryan, Serj Sarkisyan və digər yüksək vəzifəli hərbçilər, Zori Balayan, Silva Kaputikyan kimi faşist təfəkkürlü anti-insani qüvvələr tərəfindən həyata keçirildiyi nəzərə çatdırılıb.

 

Bildirilib ki, yalnız görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Хоcalı soyqırımına siyasi-hüquqi qiymət verilib, qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində isə ABŞ-ın 22 ştatı da daxil olmaqla dünyanın bir sıra ölkəsi Xocalı faciəsini soyqırımı kimi rəsmən tanıyıb. 

 

Tədbirdə çıxış edən müxtəlif icma nümayəndələri erməni faşizmini hiddətlə pisləyiblər, belə faciələrin bir daha yaşanmaması üçün Xocalıda soyqırım törədən erməni cəlladlarının məsuliyyətə cəlb olunmasının və cəzalandırılmasının vacib olduğunu bildiriblər. Onlar Qırğızıstanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə və yerli ictimaiyyətə müraciət edərək, XX əsrin sonunda baş vermiş bu qanlı qırğına obyektiv qiymət verilməsinə çağırıblar.

 

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş olunub, rus və qırğız dillərində hazırlanmış "Xocalı soyqırımı - əsrin faciəsi" kitab-albomu təqdim edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06 COVID xəstəsi saxlanıldı 3 Dekabr 2021, 17:03 “AzerGold”dan tender qalmaqalı ilə bağlı AÇIQLAMA 3 Dekabr 2021, 17:00 Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu 3 Dekabr 2021, 16:57 DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 ABB “İlin bankı” oldu 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?