Arxiv
25 Fevral 2021, 10:37 | AKTUAL
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir  

Azərbaycanın dahi şairi, mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı ilk gündən xalqımızın qədim mədəni irsinin və zəngin tolerantlıq ənənələrinin təbliğinə qiymətli töhfələr verir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

Deputat qeyd edib ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı elmi-mədəni mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məqsədinin uğurla həyata keçməsində müsbət rol oynayır. Çində, Cənubi Koreyada, ABŞ-da, Bosniya və Herseqovinada, Latviyada və digər ölkələrdə mərkəzin Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyada təbliği ilə bağlı reallaşdırdığı layihələr əhəmiyyətli hadisə kimi dəyərləndirilir.

 

Ölkə Prezidenti İlham Əliyev Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini həmişə yüksək qiymətləndirib, Azərbaycanın siyasi, mədəni həyatında onun əhəmiyyətli rol oynadığını xüsusi ilə vurğulayıb. Ölkə başçısı fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin ilə videoformatda olan görüşündə II Vətən müharibəsi vaxtı və müharibədən sonra Mərkəzin ərazi bütövlüyümüzə, haqq işimizə güclü dəstək verdiyinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdıırıb.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi erməni terroruna, onun müharibə cinayətlərinə qarşı susmayan əsas beynəlxalq təşkilat kimi 44günlük Vətən müharibəsi günlərində - oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ardıcıl raket zərbələri endirməsini, nəticədə mülki insanların qətlə yetirilməsini, infrastrukturun dağılmasını pislədi. Həmin terror hadisəsindən dərhal sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Prezident İlham Əliyevə ünvanladıqları məktubda tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlərin onlarda ciddi narahatlıq doğurduğunu qeyd edirdilər: Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təbliğat işlərinin aparılması məqsədilə lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrlərimiz və baş katibimizlə sıx əməkdaşlıq edirik. Ölkəniz və xalqınız üçün dua edirik".

 

Vətən müharibəsi dövründə - oktyabrın 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə dahi Azərbaycan şairinin Gəncə şəhərində yerləşən məqbərəsindən "Nizami Gəncəvinin şəhərini xilas edək” adlı kampaniyasına start verdi, sosial şəbəkə platformaları vasitəsilə geniş təbliğat həyata keçirdi. "Twitter”, "Facebook”-un yüz minlərlə istifadəçi Nizami Gəncəvinin şəhərinə edilən erməni terrorunu pisləyərək kampaniyaya dəstək oldu. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın müxtəlif ölkələrində yaşayan öz üzvləri və dostlarını da Ermənistanın Azərbaycana qarşı təcavüzü, o cümlədən Gəncə terror hadisələri haqqında daim məlumatlandırdı. Bunun nəticəsində dünyanın 20 ölkəsindən 60-a yaxın nüfuzlu elm adamı və ziyalı da kampaniyaya dəstək verərək Nizami Gəncəvinin doğma yurdunun erməni təcavüzündən qorunması, Gəncə şəhərində yaşayan dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dayandırılması məqsədilə dünya liderlərinə çağırış etdi.

 

Ölkə Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsini böyük ruh yüksəkliyi ilə qarşılayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sözsüz ki, səmərəli fəaliyyəti ilə bu il də Azərbaycanın qədim mədəni irsinin, zəngin tolerantlıq ənənələrinin təbliğinə və “Nizami ili"nə qiymətli töhfələr verəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İraqda şəhid verdi 15 Aprel 2021, 01:00 Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi 15 Aprel 2021, 00:54 NATO qoşunları Əfqanıstandan çıxarılır 15 Aprel 2021, 00:50 ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17