Modern.az

“Ermənistandakı çevriliş cəhdini qınayırıq” - Türkiyə prezidentinin sözçüsü

“Ermənistandakı çevriliş cəhdini qınayırıq” - Türkiyə prezidentinin sözçüsü

Aktual

25 Fevral 2021, 20:05

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistanda baş verən hadisələrə münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, o, qonşu ölkədəki çevriliş cəhdini qınayaraq, belə halların hər zaman demokratiya üçün zərərli olduğunu və xaosa yol açdığını qeyd edib.

 

“Ermənistandakı çevriliş cəhdini qınayırıq. Çevrilişlər hər zaman demokratik prosesləri yarıda qoyaraq xaosa səbəb olur. Ermənistanda cərəyan edən proseslərin tezliklə normallaşacağına ümid edirik”, -deyə İbrahim Kalın tvitter hesabında yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü