Modern.az

Hesablama Palatası QHT Şurasında yoxlamalar aparır

Hesablama Palatası QHT Şurasında yoxlamalar aparır

Aktual

1 Mart 2021, 10:17

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Hesablama Palatasının mətbuat katibi Nailə Qazıyeva bildirib.

 

N.Qazıyevanın sözlərinə görə, yoxlamalar tam yekunlaşdıqdan sonra ictimaiyyətə təfərrütalı məlumat veriləcək:

 

“Hazırda proses yekunlaşmadığından konkret hansı pozuntuların aşkarlandığını açıqlanmır”.

 

QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını ilk olaraq “Report” yazıb.

 

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü