Modern.az

Əli Nağıyev Türkiyəyə başsağlığı verdi

Əli Nağıyev Türkiyəyə başsağlığı verdi

Aktual

5 Mart 2021, 15:40

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara, Baş Qərargah rəisi ordu generalı cənab Yaşar Gülerə və Milli İstihbarat Təşkilatının rəhbəri cənab Hakan Fidana başsağlığı ünvanlayıb.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, başsağlığında bildirilir: "Qardaş Türkiyə Respublikasının Quru Qoşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması nəticəsində Elazığ 8-ci ordu korpusunun komandiri korpus generalı Osman Erbaşın, digər yüksək rütbəli hərbi qulluqçuların həlak olması və yaralanması, Şırnak bölgəsində hərbi avtomaşının aşması nəticəsində on bir hərbi qulluqçunun xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi.

 

Şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir və onların dərdlərinə şərik olduğumuzu bildiririk. Bütün yaralılara tezliklə sağalmaları üçün şəfa arzulayırıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir