Arxiv
5 mart 2021, 17:30 | AKTUAL
YAP-ın ardınca digər partiyalar da gəncləşmə siyasəti aparacaq? - Sədrlər CAVAB VERİR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirildi. Növbədənkənar qurultayda İdarə Heyətinin yenilənməsi, bəzi yaşlı üzvlərin qurumdan kənarlaşdırılması və gənclərin idarəçiliyə cəlb edilməsi ilə bağlı önəmli qərarlar qəbul edildi. Gəncləşmə siyasətini əsas götürən hakim partiyanın bu addımları təqdirlə qarşılandı.

Maraqlıdır, digər partiyalar da gəncləşmə siyasətini əsas götürəcəklərmi?  

Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxanlı  Modern.az-a bildirib ki, partiyada gəncləşmə məsələsi qurultaydan qurultaya deyil, illər uzunu gedir:


“Rayon təşkilatlarında və Bakıda bununla bağlı addımlar atılır. Amma xüsusi proqram şəklində yaşlıları çıxarıb cavanları gətirmək kimi niyyətimiz yoxdur. Bu, təbii proses kimi partiyada gedir.

Azərbaycanda yaşlı-cavan məsələsi anormal vəziyyətə düşüb. Elə yanaşırlar ki, sanki yaşlılar xalq düşmənidir, hamısı atılmalıdır. Lakin gənclər arasında da savadsız, millətini tanımayan, yerini bilməyən şəxslər var. İstedadlılar da var. Ona görə, burada yaş ayrılığı ola bilməz. Mənəvi keyfiyyət, millətinə bağlılıq əsas olmalıdır. Yaş söhbətini ortaya atmaq gülüncdür. Yaşlılara hörmətsizlik istər dövlət idarələrində, istərsə də məişətdə yolverilməzdir. İnsanları dəyərsizləşdirmək, urvatsız etmək ağılsızlıqdır”.

Vəhdət Partiyasının sədri  Tahir Kərimli xatırladıb ki, onların da gəncləşmə məsələsi ilə bağlı toplantısı olub:

“Partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri yaşlaşmışıq. Mən daxil olmaqla partiya idarəçiliyində təmsil olunanlar 65 yaşı keçmişik. Ona görə bu məsələləri müzakirə etdik, Gənclər Təşkilatı qarşısında məsələ qoyduq. Əvvəllər Milli Məclisdəki çıxışlarımızı paylaşa bilmirdik. İndi çıxışlarımızı paylaşırıq deyə, bu, partiyamıza rəğbəti də artırıb. Bu bizə imkan verir ki, marağı olan savadlı gəncləri partiya rəhbərliyində yuxarı strukturlara çəkək. Yaxın vaxtda önəmli addımlarımız olacaq”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə partiyanın növbədənkənar qurultayı keçiriləcəyini vurğulayıb:

“Ana Vətən Partiyası olaraq noyabr ayında onlayn formatda VII qurultayımızı keçirdik. Bizim partiyaya gənclərin axını son vaxtlar intensiv xarakter daşıyır. Partiyanın rəhbər orqanlarına gənclər cəlb edilir və eyni zamanda rayon, şəhər təşkilatlarının rəhbərləri də artıq demək olar ki, xeyli dərəcədə gəncləşir.

Qeyd etmək istəyirəm ki, biz növbədənkənar qurultay keçirmək niyyətindəyik. Bunu ötən dəfəki onlayn formatda keçirdiyimiz qurultayda qeyd etmişdik. Düşünürəm ki, bu ilin sonuna qədər növbədənkənar qurultayımız baş tutacaq və həmin qurultayda ciddi qərarlar qəbul ediləcək”.


Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevin
fikrincə, Yeni Azərbaycan Partiyasında gəncləşmə siyasəti ənənədir:

“Bu təbii prosesdir. Hələ ulu öndərin vaxtında, partiyanı yaradanda da gənclərin dəvət edilməsinə xüsusi diqqət ayrıldı. Hesab edirəm ki, hər bir siyasi partiyanın tərkibində bu cür dəyişikliklər olmalıdır. Gənclər də, orta nəslin nümayəndələri də partiya idarəçiliyinə gəlməldiir. Kimlər partiyanın nizamnaməsini qəbul edib, bu prosesdə fəal olurlarsa, önə çəkilirlər.

Bizim partiyada da bu proseslər ümumi qaydada idarə olunur. Yəni təbii prosesdir, qeyri-adi məqam yoxdur. Partiya da canlı orqanizmdir və yenilənmə prosesi daim gedir”.

Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23 Ərdoğan 3 yeni nazir TƏYİN ETDİ 21 Aprel 2021, 09:20 Koronavirus yoxsa mövsümi allergiya? 21 Aprel 2021, 09:19 Tələbə rektoru təbrik etdi 21 Aprel 2021, 09:14 İlham Əliyevin mesajı Rusiyaya çatdı - TƏHLİL 21 Aprel 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 21 Aprel 2021, 09:00 “Rusiya Xocalıda parada hazırlaşırsa, biz də Türk əsgərilə Şuşada parad keçirək” – Deputatdan ETİRAZ 21 Aprel 2021, 08:56 Deputatın ailəsinə ağır itki üz verib 21 Aprel 2021, 08:51 Ağstafada yas mərasimi təşkil edənlər cərimələnib 21 Aprel 2021, 08:45 Rusiya ilə üz-üzə qalan Azərbaycanın geriyə yolu yoxdur... 21 Aprel 2021, 08:40 Oruc tutanlara həkim MƏSLƏHƏTİ 21 Aprel 2021, 08:38 "Mançester Siti" Avropa Super Liqasını tərk edir 21 Aprel 2021, 00:59 ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı 21 Aprel 2021, 00:43 Paşinyan təcili Zəngəzura GETDİ 21 Aprel 2021, 00:30