Arxiv
7 mart 2021, 09:12 | AKTUAL
Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə peyvəndə dair sənəd qəbul etdi

Martın 5-də Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində QH Əlaqələndirici Bürosu bütün ölkələrin COVİD-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünike sənədini yekdilliklə qəbul edib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, rommünikedə QH üzv ölkələri beynəlxalq gündəmin ən vacib məsələlərindən olan COVİD-19 peyvəndinə dövlətlərin bərabər və ədalətli çıxışının təmin olunması məsələsinə, bu xüsusda inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında mövcud olan qeyri-bərabərliyə diqqət yönəldilib.

 

QH üzvləri COVİD-19 virusunun sürətli yayılmasının davam etməsi ilə bağlı dünyada dövlətlər arasında qeyri-bərabərliyin dərinləşməsi, yoxsulluğun artımı ilə əlaqədar ciddi narahatlıq ifadə edərək, pandemiyanın təsirlərini cavablandırmaq üçün qlobal səylərin gücləndirilməsində QH-nin oynadığı önəmli rolu vurğulayıblar.

 

COVID-19-a cavab olaraq QH Kontakt Qrupunun yaradılması və 4 may 2020-ci ildə zirvə görüşünün keçirilməsi, habelə zirvə görüşünün qərarı əsasında üzv ölkələrin tibbi və humanitar ehtiyaclarına dair məlumat bazasının yaradılması və QH-nin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 ilə mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi qlobal təhdidlərin cavablamdırılması üçün çoxtərəfliliyin gücləndirilməsinə Qoşulmama Hərəkatının dəyərli töhfəsi kimi qeyd olunub.

 

Büro üzvləri COVİD-19 əleyhinə peyvəndlərin yüksək gəlirli və az gəlirli ölkələr arasında paylaşılmasında qeyri-bərabərliyin olmasından ciddi narahatlıq ifadə ediblər. Belə ki, peyvənd başlanılandan bütün peyvəndlərin 90% əksəriyyəti yüksək və orta gəlirli ölkələrdə cəmləşmiş, az gəlirli ölkələr isə peyvəndə çıxış əldə etməkdə geri qalırlar. Bununla əlaqədar olaraq, Büro inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əlverişli şərtlərlə, bərabər və ədalətli şəkildə peyvəndlə təmin olunmasına çağırıblar.

 

QH Əlaqələndirici Bürosu, həmçinin bütün beynəlxalq təşkilatları və aidiyyəti tərəfləri peyvəndlərin istehsalı, paylanması və ədalətli şəkildə qiymətləndirilməsində şəffaflığı təmin etməyə çağırıb. 

 

XİN nəzərə çatdırır ki, Əlaqələndirici Büronun kommünike sənədini qəbul etməsi hazırda dünyanın üzləşdiyi ağır pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinə Azərbaycanın QH sədrliyinin önəmli töhfəsidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya AVRO-2020-dən imtina etdi 22 Aprel 2021, 01:00 Saxta koronavirus peyvəndləri aşkarlandı 22 Aprel 2021, 00:53 36 yaşlı Yakub Kulqanek Çexiyanın xarici işlər naziri təyin edildi 22 Aprel 2021, 00:47 Milli Məclisin bitərəf deputatları TOPLAŞIR 22 Aprel 2021, 00:34 Gimnastımız Avropa Çempionatının finalına çıxdı 22 Aprel 2021, 00:23 Moskvada "Navalnıya azadlıq" aksiyası 22 Aprel 2021, 00:06 Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür 21 Aprel 2021, 23:54 Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 21 Aprel 2021, 23:39 Goranboyda azyaşlını it dişlədi 21 Aprel 2021, 23:22 Bakıda sökülməkdə olan evlərdə yanğın 21 Aprel 2021, 23:07 Paşinyanın evinin qarşısında aksiya - VİDEO 21 Aprel 2021, 22:59 "Qarabağ" "Sumqayıt"la sülh bağladı - Azərbaycan Kuboku 21 Aprel 2021, 22:48 Dünyanı dünyanın başına YIXACAQ(MI?) 21 Aprel 2021, 22:41 Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO 21 Aprel 2021, 22:37 Paytaxtda gənc qızı maşın vurdu 21 Aprel 2021, 22:33 Mariya Stadnik Avropa çempionatının finalında - FOTO 21 Aprel 2021, 22:22 "Real"ın futbolçusu koronavirusa yoluxdu 21 Aprel 2021, 22:10 Göygöldə qadın sirkə turşusu içib zəhərləndi 21 Aprel 2021, 21:55 BMT baş katibi Zelenski ilə danışdı 21 Aprel 2021, 21:41 Türkiyədə koronavirusla bağlı vəziyyət daha da pisləşdi 21 Aprel 2021, 21:23 Paşinyanın kortejini saxlayanlar cəzalandırılacaq 21 Aprel 2021, 21:08 Kürdə xilas edilən şəxs daha sonra qollarını doğradı 21 Aprel 2021, 20:55 Çempionlar Liqasının kuboku İstanbula gətirildi 21 Aprel 2021, 20:41 Çində peyvənd olunanların sayı açıqlandı 21 Aprel 2021, 20:29 Avrokomissardan Azərbaycan və Ermənistana çağırış: "Münaqişə bitib, barışmaq vaxtı çatıb" 21 Aprel 2021, 20:15 Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanada öldü 21 Aprel 2021, 20:04 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 21 Aprel 2021, 19:10 Millimizə "Kasımpaşa"dan oyunçu çağırılıb 21 Aprel 2021, 19:02 Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb 21 Aprel 2021, 18:55 MSK-nın tərkibi yenidən formalaşdırılır - Namizədlər kimlər olacaq? 21 Aprel 2021, 18:48 Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə rəhbərliyi ilə məşğələ keçirilib - VİDEO 21 Aprel 2021, 18:40 Lukaşenko sabah Putinlə görüşəcək 21 Aprel 2021, 18:32 “Gilan”a məxsus obyektdə qanunsuzluqlar AŞKARLANDI 21 Aprel 2021, 18:25 Rusiya 10 amerikalı diplomatı ölkədən qovur 21 Aprel 2021, 18:17 Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara CAVAB 21 Aprel 2021, 18:08