Modern.az

Roma Papasından qadınlarla bağlı çağırış

Roma Papasından qadınlarla bağlı çağırış

Aktual

7 Mart 2021, 23:42

Roma Papası Fransisk Beynəlxalq Qadınlar Günü ərəfəsində qadınlara hörmət və qayğı göstərməyin zəruriliyini qeyd edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, İraqda səfərdə olan Papa xristianlığın yerli mərkəzi hesab olunan Bahdid (Kara-Koş) şəhərində xütbə ilə çıxış edib.

 

“Bu ölkənin bütün analarına və qadınlarına, bütün yaralara baxmayaraq həyat verməyə davam edən cəsarətli qadınlara təşəkkür etmək istərdim. Qadınlara hörmət etmək və onları qorumaq lazımdır. Onlara diqqət yetirmək və imkanlar yaratmaq lazımdır”, - o deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı