Modern.az

Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır - Deputat

Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır - Deputat

Aktual

9 Mart 2021, 13:02

“Bələdiyyələrin qaldırdığı əsas problemlərindən biri yerli İcra hakimiyyəti orqanlarından asılılıqdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bu asılılıq aradan qaldırılmadığı müddətcə bələdiyyələrin səmərəli fəaliyyətindən söhbət gedə bilməz:

“Bələdiyyələrin kadastr sənədləri olmadığından əkin sahələri üçün verilən subsidiyaları ala bilmir”.

Deputat deyib ki, bələdiyyələrin real vəziyyətini bilmək üçün onların təmsilçiləri dinlənilməlidir:

“Bələdiyyələrin dinlənilməsi nəticəsində bu sahədə nə qədər problem olduğunu və qarşıda duran vəzifələri daha yaxından öyrənmək olar”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub