Modern.az

Azərbaycanda piratçılığa qarşı mübarizə dəyişir

Azərbaycanda piratçılığa qarşı mübarizə dəyişir

Parlament

30 Mart 2021, 10:50

"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilir.

Modern.az-ın məlumatına görə,  adıçəkilən qanuna təklif olunan dəyişikliyə əsasən əqli mülkiyyət hüquqlarının qorunması məqsədilə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə nəzarət markası yapışdırılmalıdır.

Nəzarət markalarının hazırlanması, onların aidiyyatı şəxslərə (qurumlara) verilməsi publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilir. Nəzarət markasının alınmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir. Nəzarət markalaının hazırlanması, verilməsi, eləcə də, beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi üçün tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə toplanan vəsait (haqlar) Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülür

Nazirlər Kabineti 2020-ci il 17 yanvar tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinə əsasən publik hüquqi şəxsin əldə etdiyi vəsaitin toplanması və təyinatı üzrə istifadəsi məqsədilə publik hüquqi şəxs üçün xüsusi bank hesabı açılır.

Təklif olunan dəyişiklik bu hesabatın statusunu (adını)  dəqiqləşdirir və bu məqsədlə “xəzinə hesabı” sözləri  “hesabı” sözü ilə əvəz edilir

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun layihəsi əqli mülkiyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qeyd edək ki, qanuna dəyişiklik aprelin 2-də keçiriləcək Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır