Arxiv
2 Aprel 2021, 11:34 | PARLAMENT
Zahid Oruc: “Əgər İrəvandakı hökumət binasında həqiqətən “türk, azərbaycanlı” əyləşibsə...”

"İldönümünü yaşadığımız 2016-cı ilin 4 günlük aprel müharibəsinin Ermənistanda səbəb olduğu hakimiyyət dəyişikliyi, indi isə Vətən Müharibəsindəki məğlubiyyətə görə istefaya gedəcəyini elan edən Paşinyanın və komandasının əleyhdarları onu Azərbaycanla işbirliyində, “Bakıya satılmaqda” ittiham edirlər. Sıravi insanlar, həmçinin 17 müxalif partiyanı birləşdirən hərəkat liderləri, kilsə xadimləri və dünya erməniləri öz hökumət rəhbərlərini Türkiyənin və Azərbaycanın xeyrinə casusluqda suçlandırırlar".

 

Modern.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

"Ölkəmiz əleyhinə mövqeyi ilə tanınan Semyon Baqdasarov Rusiya ermənilərinin tribunası olan “Yerkramas” qəzetinə müsahibəsində deyir: ”Ermənistan dövlətinin sükanı arxasında 2006-cı ildən türklər tərəfindən casusluğa cəlb olunan adamlar əyləşib”.10 noyabrda küçədə linç edilən parlament sədri Ararat Mirzoyanı da  “ikili agent” olmaqda, Ankara və Bakıya işləməkdə ittiham edirlər. 

Göründüyü kimi, erməni xalqı özgə torpaqların əsirliyində qaldığını nümayiş etdirir, ona sahiblənə bilməməyin acısını çəkir. Əgər İrəvanda hökumət binasında həqiqətən “türk, azərbaycanlı” əyləşibsə, onda min illər ərzində əldən-ələ keçən bir şəhərin adını dəyişib Yerevan qoymaqla onun qədim tarixini silmək, oranı siyasi paytaxta və milli dövlətçilik somvoluna  çevirməyin mümkün olmadığı göz qabağındadır!"- deyə Zahid Oruc əlavə edib.

Parlamentarinin sözlərinə görə, ermənilər SSRİ yaranandan və dağılandan sonra azərbaycanlıların qədim şəhərində özlərinə siyasi mərkəz-dövlət binası tikə bilmədilər:

"Əvvəlcə Levon Ter-Petrosyanı, sonra digər prezidentləri nifrətlə hakimiyyətdən düşürməklərinin, indi isə Paşinyanı Mandela kimi qəbul edib Çauşesku kimi yola salmaq istəmələrinin başlıca səbəbi orada minillik azərbaycanlı irsinin dağıdıla bilinməməsidir. Xatırladaq ki, Sovet Ermənistanına rəhbərlik edən 14 birinci katibdən 6-sı repressiya edilərək güllələnib. Bu Mirmehdi xandan, Hüseynəli  xandan indiyədək azərbaycanlı rəhbərlərin yurdunda birinci şəxs ola bilməyən ermənilərin acı taleyini göstərir! Təkcə Karen Dəmirçiyan öz sələflərindən fərqli olaraq 70-80-ci illərdə Azərbaycanın və o zamankı Sovetlərin rəhbərlərindən olan Heydər Əliyevi İrəvanda, o torpağın əsl sahibinə göstərilməli olan ehtiramla, təzimlə qarşılamışdı və Bakı ilə düşmənçiliyin onlara gərək olmadığını dərk etmişdi. İndi Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra  Prezident İlham Əliyevin xarizması və nüfuzu İrəvanın üzərinə düşür və bunu ermənilər yaxşı görürlər. Halbuki, bizim ordumuz İrəvana yeriməyib, tank və toplarımız Zəngi çayını keçməyib, əvəzində ermənilər İrəvanın Azərbaycanın mənəvi paytaxtına çevrilməsindən dərin sarsıntı keçirirlər. Erməni lidelərlərin İrəvanın Azərbaycanın həqiqi siyasi paytaxtına çevriləcəyi ilə öz cəmiyyətlərini qorxutması hakimiyyəti ələ almaq planının tərkib hissəsidir.Ona görə də hərbi çevriliş və vətəndaş müharibəsi qarşısında olan bir xalqın yeganə çıxış yolu bölgədə sülh və əməkdaşlıq üçün bizim “xoş gəlmisiniz” lövhəmizi Zəngəzur dəhlizinə asıb, azərbaycanlıların İrəvana dinc qayıdışına mane olmamasıdır!".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04