Modern.az

Qız qaçırma olayı faciə ilə bitdi - Prezident məsələyə müdaxilə etdi

Qız qaçırma olayı faciə ilə bitdi - Prezident məsələyə müdaxilə etdi

8 Aprel 2021, 14:00

Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində qızqaçırma olayı böyük rezonans doğurub.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı qız şəhərin mərkəzində qaçırılıb. Yaxınları hadisəni qızın qohumu olan oğlanın evlənmək məqsədilə ilə təşkil edə biləcəyini bildiriblər.

Qaçırılma hadisəsindən 2 gün sonra qızla oğlanın cəsədi mənzillərdən birində tapılıb. Ehtimal olunur ki, qızla mübahisə edən oğlan onu boğub və sonra özünə qəsd edib.

 

Hadisə Qırğızıstan gündəmində ən müzakirə olunan olaya çevrilib. Bu gün şəhərin mərkəzində toplaşan etirazçılar daxili işlər nazirini istefaya səsləyiblər. Hökumət rəsmiləri qızın qaçırılmasında əli olan şəxslərin cəzalandırılacağını açıqlayıblar.


Prezident Japarov isə məsələni şəxsi nəzarətinə götürdüyünü elan edib.

 

Qırğızıstanda hər il mindən çox qızqaçırma halı qeydə alınır. Bu hadisələrin yalnız 20%-i məhkəməyə çıxır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı