Modern.az

Ali məktəblərə qəbul imtahanı keçirmək səlahiyyəti verilsə, nələr dəyişə bilər?

Ali məktəblərə qəbul imtahanı keçirmək səlahiyyəti verilsə, nələr dəyişə bilər?

Təhsil

10 Aprel 2021, 11:48

“Ali təhsil müəssisələrin özlərinin qəbul imtahanı keçirmək səlahiyyəti birdən-birə verilərsə, bu bir sıra problemlər yaradacaq”.

Təhsil eksperti Kamran Əsədov bu sözləri Azərbaycanda universitetlərə nə zaman müstəqillik verilə biləcəyi haqqında Modern.az-a danışarkən deyib.

 

Ekspertin fikrincə əgər imtahanlar universitetlərə həvalə edilərsə, orada vahid yoxlama və ölçmə alətləri olmalıdır:

“Azərbaycanda ali təhsil müəssisələrin özlərinin tələbə qəbul etmək səlahiyyətləri fəailiyyətləri dönəmində olub. Çox təəssüflər olsun ki, bu prosesin qeyri-şəffaf keçirilməsi məcbur etdi ki, təhsil sistemində əlçatanlığın təmin edilməsi, həqiqətən bilik və bacarıqlı şəxslərin ali təhsil müəssisələrinə qəbul olması üçün bu vahid və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Gələcəkdə müəyyən plan yerlərinin ali təhsil ocaqlarının özləri tərəfindən qəbul həyata keçirilə bilər. Amma orada vahid yoxlama və ölçmə alətləri olmalıdır.

Bəli, bu gün Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar şəffafdır, obyektivdir amma keyfiyyətli deyil. Tibbi ixtisasında müalicə işində oxuyacaq şəxsin hansı bacarıqlara malik olduğunu baytarlığa, biologiya müəllimliyinə gedəcək şəxslə eyni imtahan edə bilməz. Yəni IV ixtisas qrupunda bütün ixtisasları vahid qaydada yoxlaya bilmərik. Çünki bunlar fərqli-fərqli bacarıqları özündə əks etdirir”.

 

Təhsil eksperti qəbul imtahanlarının universitetlərə həvalə edilməsinin təhlükəli məqamlarına da toxunub.

 

“Belə halda insanlarda sual yaranır. Bəs, bunları Azərbaycanda həyata keçirə biləcək ali təhsil ocaqları varmı?

Bəli, var. Azərbaycanda ADA, BANM, UFAZ kimi universitetlərimiz artıq belə proses var. Təbii ki, universitetlərə qəbul həyata keçirmək səlahiyyətləri versək, necə ki, semestr imtahanlarında qeyri-şəffaflıq, kənar müdaxilə varsa, qəbul kimi mütərəqqi bir addımında ali təhsil ocaqlarına həvalə olunması risklidir.

Dünya ölkələrində universitetlərə qəbul özləri tərəfindən həyata keçirilir ki, universiteti idarə edən şəxslərin maddi təminatı kifayət qədər var.

Ali təhsil müəssisələrinə qəbul imtahanının birdən-birə təhsil ocaqlarına verilməsi problem yaradacaq. İnanıram ki, ADA,UFAZ, BANM kimi universitetlər yoxlama işində şəffaflığı qoruyub saxlayacaqlar”.

 

Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür