Arxiv
12 Aprel 2021, 09:10 | İQTİSADİYYAT
Beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini təsdiqlədi: “Mənfi”

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin press-relizində deyilir.


Modern.az
"Marja"ya istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “Mənfi”dir.


SOCAR-ın emitentin qısamüddətli defolt reytinqi “B” səviyyəsində, təmin olunmamış prioritet reytinqi isə “BВ+” səviyyəsində təsdiqlənib.


“SOCAR tamamilə dövlətə məxsusdur və onun reytinqi Azərbaycanın reytinqinə (BB +/mənfi) bərabərdir. Bu, şirkətə maliyyə təminatları, vəsait qoyuluşları və səhmdar kapitalına inyeksiyalar şəklində dövlət dəstəyi, həmçinin SOCAR-ın sosial funksiyaları və onun neft-qaz layihələrinin inkişafı üçün dövlət aləti kimi əhəmiyyəti ilə dəstəklənir”, - deyə məlumatda bildirilir.


“Fitch” qeyd edir ki, 2020-ci ilin birinci yarısında SOCAR-ın nəticələri agentliyin proqnozlarına əsasən gözləniləndən daha yaxşı olub. Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə SOCAR-ın EBITDA üzrə gəlirləri 2019-cu illə müqayisədə orta səviyyədə azalacaq və 2021-ci ildə neftin qiymətinin daha yüksək olması və cari ilin yanvar ayından yanacağın tənzimlənən qiymətinin bahalaşması fonunda bərpa olunmalıdır.


Agentlik SOCAR üzrə hasilatın yüksək səviyyəsini (gündəlik 267 min barel neft ekvivalenti) qeyd edir.


SOCAR üçün neftin bir barelinin 20 dollar olması mənfəətli hesab olunur. Kəşfiyyat və hasilat seqmenti SOCAR-ın mənfəətinin əsas drayveridir.


“Fitch Ratings”in məlumatına görə, SOCAR-ın ödədiyi vergilər 2019-cu ildə dövlət gəlirlərinin təxminən 10%-ni təşkil edib.


“Şirkətin fəaliyyətinə dövlət tərəfindən nəzarət olunur: o, yanacağın daxili qiymətlərinin tənzimlənməsi, pul inyeksiyası və digər tədbirlər vasitəsilə SOCAR-ın mənfəətliliyinə və balansına nəzarət edir. Hesab edirik ki, hökumətin SOCAR-ı kifayət qədər dəstəkləmək üçün stimulları var”, - deyə press-relizdə vurğulanır.


Agentliyin qiymətləndirmələrinə görə, qısamüddətli perspektivdə reytinqə yenidən baxılması (“Mənfi”), həmçinin reytinqin yüksəldilməsi ehtimalı azdır. Lakin Azərbaycan üzrə kredit reytinqi üzrə proqnoz “Mənfi”dən “Sabit”ə dəyişdirilərsə, SOCAR-ın reytinq proqnozu üzrə də analoji addım atılacaq.


Reytinqin aşağı salınmasına səbəb ola biləcək əsas amillər bunlardır: iqtisadi siyasət çərçivəsində makroiqtisadi sabitliyə (dövlətin xarici balansının pisləşməsi və ya manatın mübadilə məzənnəsinin devalvasiyası) mənfi təsir göstərəcək dəyişikliklər; neftin ucuz qiyməti və ya ölkənin xarici mövqeyinə son dərəcə mənfi təsir göstərməyə kifayət edəcək davamlı xarici şok (bu isə iqtisadiyyat, bank sektoru və dövlət maliyyəsi üçün mənfi nəticələrə gətirib çıxaracaq).


Reytinqin yüksəldilməsinə səbəb ola biləcək əsas amillər bunlardır: Azərbaycan hökumətinin konsolidasiya edilmiş büdcə kəsrini azaltmaq və dövlət borcunu aşağı səviyyədə saxlamaq qabiliyyətinə əminlik; xarici şoklara qarşı müqavimət göstərmək qabiliyyətini gücləndirən və makrovolatilliyi azaldan məzənnə siyasətinin şəffaflığı da daxil olmaqla makroiqtisadi siyasətin baza prinsiplərinin təkmilləşdirilməsi.


Fitch”: 2024-cü ilədək SOCAR-ın kapital qoyuluşları 5,3 milyard dollar təşkil edəcək


2021-2023-cü illər üçün SOCAR-ın kapital qoyuluşları 9 milyard manat (cari məzənnə ilə 5,3 milyard dollar) məbləğində qiymətləndirilir.


“2021-2023-cü illərdə şirkətin kapital qoyuluşları bu dövrdə manatın sabit məzənnəsi 1,7 manat/1USD olmaqla 9 milyard manat təşkil edəcək”, - deyə agentliyin press-relizində bildirilir.


Agentlikdə hesab edirlər ki, ortamüddətli dövrdə SOCAR-ın kapital qoyuluşları orta səviyyədə olacaq, belə ki, əsas layihələr - Cənub Qaz Dəhlizi (CQD), Türkiyədəki STAR neft emalı zavodu artıq işə salınıb və böyük həcmdə əlavə kapital axını tələb etməyəcək. Bununla yanaşı, SOCAR digər layihələrə – karbohidrogen kəşfiyyatı və hasilatı, H.Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrinə kapital qoymağı planlaşdırır.


“Fitch”in proqnozlarına görə, 2021-ci ildə 1 barel neftin orta qiyməti 58 dollar, 2022-ci ildə 53 dollar təşkil edəcək.


Agentliyin qiymətləndirmələrinə görə, qarşıdakı üç il ərzində SOCAR karbohidrogen hasilatını sabit səviyyədə saxlaya biləcək. Bundan başqa, Dövlət Neft Şirkəti hökumətin daimi və hərtərəfli dəstəyinə arxalana bilər.


“Fitch”in analitikləri qeyd edirlər ki, 31 dekabr 2020-ci il tarixinə olan vəziyyətə görə, SOCAR-ın likvidliyi təxminən 8 milyard manata yaxın olub ki, bu da şirkətin qısamüddətli borcunun həcmi ilə müqayisə edilə bilər. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Göyçə gölünün taleyi Azərbaycandan ASILIDIR 8 May 2021, 15:02 AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib 8 May 2021, 15:00 “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” 8 May 2021, 14:57 Elçin Quliyev ermənilərin SU-25 təyyarəsinin məhv edilməsindən DANIŞDI 8 May 2021, 14:53 Polis Lənkəranda əməliyyat keçirdi - Saxlanılan var  8 May 2021, 14:48 CBC radiosu Qarabağda yayıma başladı 8 May 2021, 14:42 Azad edilmiş ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək - General-polkovnik 8 May 2021, 14:36 ABŞ Rusiya ilə münasibətlərdə istəyini AÇIQLADI 8 May 2021, 14:30 “Eurovision” şərhçilərimizin adları açıqlandı 8 May 2021, 14:25 Xalq və dövlət üçün yaşanan ömür 8 May 2021, 14:20 Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib - FOTO 8 May 2021, 14:15 Azərbaycanda bələdiyyə sədri HƏBS EDİLDİ 8 May 2021, 14:09 AHİK rəhbərliyi Heydər Əliyevin xatirəsini yad ediblər   8 May 2021, 14:03 Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb 8 May 2021, 13:58 NİDA-çı Bayram Məmmədovun nəşi bu gün Bakıya gətiriləcək 8 May 2021, 13:52 Azərbaycanda taxıl biçininə hazırlıqlar BAŞLADI 8 May 2021, 13:46 Azərbaycan diasporu 8 may tarixini necə qeyd edir… 8 May 2021, 13:40 İrandan Laçın dəhlizi vasitəsilə Qarabağa şübhəli yük daşınır - VİDEO 8 May 2021, 13:34 Putin Azərbaycan xalqını TƏBRİK ETDİ 8 May 2021, 13:28 “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var” - Tahir Budaqov 8 May 2021, 13:24 Sabah yağış yağacaq - PROQNOZ 8 May 2021, 13:20 Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib - FOTO 8 May 2021, 13:14 Birinci sinfə şagird qəbulu DAYANDIRILIR 8 May 2021, 13:08 İkinci Dünya müharibəsindən neçə veteranımız qalıb… 8 May 2021, 13:02 MAXE-lər təlimə cəlb olundu - SƏBƏB 8 May 2021, 12:58 Azərbaycanda hansı banklar yaxşı işləyir? - İqtisadçılar siyahı AÇIQLADILAR 8 May 2021, 12:53 Kapital Bank bayram günlərində xidmət göstərəcək 8 May 2021, 12:50 İcra başçısı Milli Qəhrəmanın məzarını ziyarət edib 8 May 2021, 12:49 Bakı Ali Neft Məktəbində Elmi Konfransları başa çatır 8 May 2021, 12:45 BBC İlham Əliyevin simasında tamamilə fərqli situasiya ilə qarşılaşdı - Deputat 8 May 2021, 12:42 Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək 8 May 2021, 12:39 Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı təqdim olundu 8 May 2021, 12:36 Yükdaşıma qaydalarını pozanlar CƏZALANDIRILICAQ 8 May 2021, 12:33 “Şuşada çalınacaq Zəfər nəğməsi Xankəndiyə yayılacaq, düşmənə göz dağı olacaq” - Fərhad Bədəlbəyli 8 May 2021, 12:28 Ermənilər Füzulidə ən çox bu əraziləri minalayıblar 8 May 2021, 12:22