Modern.az

“Ter-Petrosyan 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi” - Paşinyan

“Ter-Petrosyan 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi” - Paşinyan

14 Aprel 2021, 18:21

“Ter-Petrosyan hələ 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib. O bildirib ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında ona Qarabağdakı əraziləri qaytarmağı təklif etdi:

 

“İlk prezidentin mənə 2018-ci ilin iyulundakı görüşümüzdə söylədikləri barədə sirri açacam. Sitat gətirirəm: “Torpaqları artıq verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda ilk prezidentin həmin gün formalaşan təsəvvürləri bu çərçivədən kənara çıxmadı, qalan hər şey isə qiymətləndirmə məsələsidir”, - deyə N.Paşinyan bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?