Arxiv
14 Aprel 2021, 18:42 | AKTUAL
Regionun inkişafı strateji prioritetdir

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı, regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirlər ekspertlərin, politoloqların, sosial şəbəkələrin, xüsusilə xarici medianın diqqət mərkəzində oldu.

 

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika, rəşadətli ordumuzun qüdrəti nəticəsində düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edildi. Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürülməsi buna əyani sübutdur. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından və rəmzi kompozisiyalardan biri rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi.

 

Hazırda həmin lövhə yeni fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında da öz əksini tapıb. Bu park çox böyük əhəmiyyət daşıyır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə Qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Bir faktı da qeyd edək ki, biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq. Ümumiyyətlə Azərbaycan müharibə dövründə məsuliyyətli ölkə kimi davranıb. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə, mötədil davranıb və mülki vətəndaşlara zərər yetirmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Ancaq Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub.

 

Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi. Ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalanı bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər. Müharibənin bütün bu acı həqiqətlərinə baxmayaraq ölkə prezident cənab İlham Əliyevin ADA Universitetində keçirilən konfransda qeyd etdiyi kimi ölkəmiz həmişə konstruktiv mövqedə olub. Çünki regionun inkişafı strateji prioritetdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq.

 

Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır.

 

Əhliman Əmiraslanov

Milli Məclisin deputatı, akademik 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17 “Bank of Baku” da qəfil dəyişiklik 17 May 2021, 17:14 Paşinyanın xarici ölkə liderlərinə zəngləri davam edir 17 May 2021, 17:14 “İrəvandakı hökumət sərhədə malik olmaq hissini itirib” - Fərid Şəfiyevin ŞƏRHİ 17 May 2021, 17:10 Gürcüstanda azərbaycanlıları döyən 8 nəfər saxlanılıb - Dövlət Komitəsi 17 May 2021, 17:10 ABŞ İsrailə yüksək dəqiqliyə malik silahlar satacaq 17 May 2021, 17:08 Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət göndərib 17 May 2021, 17:06 “Gürcüstanda azərbaycanlılarla bağlı konflikti qızışdıran üçüncü qüvvə var” - Sabiq deputat 17 May 2021, 17:00 “Ötən il kommersiya məhkəmələri 7 mindən çox işə baxıb” - Nazir 17 May 2021, 16:55 ABŞ İsraildən HƏMAS-la bağlı sübut tələb etdi 17 May 2021, 16:53