Arxiv
14 Aprel 2021, 22:35 | AKTUAL
“Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev

“Hesab edirəm ki, münaqişədən sonrakı inkişafla bağlı vəziyyət bütövlükdə müsbət səciyyələndirilə bilər. Mən münaqişədən sonrakı vəziyyətin inkişafına bizim yanaşmalarımız və bu haqda bizim təsəvvürümüz barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Şübhəsiz, Azərbaycanın mövqeyini bildirim ki, biz belə hesab edirik və reallıq da belədir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib”. 

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

 

Azərbaycan Prezidenti bildirib ki, bu qətnamələr 27 il ərzində kağız üzərində qalıb və təəssüf ki, onların implementasiyası mexanizmi işə salınmayıb. Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib: “Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları erməni tərəfindən eşidilməyib. Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr – Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Birinci sinfə şagird qəbulu DAYANDIRILIR 8 May 2021, 13:08 İkinci Dünya müharibəsindən neçə veteranımız qalıb… 8 May 2021, 13:02 MAXE-lər təlimə cəlb olundu - SƏBƏB 8 May 2021, 12:58 Azərbaycanda hansı banklar yaxşı işləyir? - İqtisadçılar siyahı AÇIQLADILAR 8 May 2021, 12:53 Kapital Bank bayram günlərində xidmət göstərəcək 8 May 2021, 12:50 İcra başçısı Milli Qəhrəmanın məzarını ziyarət edib 8 May 2021, 12:49 Bakı Ali Neft Məktəbində Elmi Konfransları başa çatır 8 May 2021, 12:45 BBC İlham Əliyevin simasında tamamilə fərqli situasiya ilə qarşılaşdı - Deputat 8 May 2021, 12:42 Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək 8 May 2021, 12:39 Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı təqdim olundu 8 May 2021, 12:36 Yükdaşıma qaydalarını pozanlar CƏZALANDIRILICAQ 8 May 2021, 12:33 “Şuşada çalınacaq Zəfər nəğməsi Xankəndiyə yayılacaq, düşmənə göz dağı olacaq” - Fərhad Bədəlbəyli 8 May 2021, 12:28 Ermənilər Füzulidə ən çox bu əraziləri minalayıblar 8 May 2021, 12:22 Azərbaycandakı talassemiya xəstələrinin sayı AÇIQLANDI 8 May 2021, 12:16 Heydər Əliyev ideyalarının Zəfəri 8 May 2021, 12:11 Milli Qəhrəman yaşasaydı bu gün 48 yaşı olacaqdı... 8 May 2021, 12:10 Şəmkirdə həmyerlisini ov tüfəngi ilə öldürən şəxsin işi məhkəmədə... 8 May 2021, 12:05 Musa Yaqub dəfn olundu - FOTOLAR 8 May 2021, 12:00 Əli Əsədovdan QHT-lərlə bağlı QƏRAR 8 May 2021, 11:55 Səfir Aqşin Mehdiyev: “Baydenın bəyanatı faktiki mənasını itirmiş oldu” - MÜSAHİBƏ 8 May 2021, 11:50 Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıların Xankəndidəki paradı ilə bağlı məlumat YAYDI 8 May 2021, 11:44 Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı 8 May 2021, 11:38 Nəşi tapılan Şəhid hərbçimizin cənazəsi qarşısında qurban kəsildi 8 May 2021, 11:32 Dünya erməniliyinin alt-üst olan Şuşa ARZUSU 8 May 2021, 11:27 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 8 May 2021, 11:22 Yenidən seçki keçirilsəyi, Əkrəm İmamoğlu səs ala bilərdimi… - Deputat və jurnalist MÖVQEYİ 8 May 2021, 11:17 Millimizin oyunlarının təqvimi müəyyənləşdi 8 May 2021, 11:12 Bakıdakı Dünya Kubokunda ikinci günə start verildi 8 May 2021, 11:06 Şuşanı işağl etmiş erməni generala “qəhrəman” adı verildi 8 May 2021, 11:00 Azərbaycanda əsgər özünü GÜLLƏLƏDİ 8 May 2021, 10:54 Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl məkanlarından birinə çevriləcək 8 May 2021, 10:49 Şəkidə narkotik alverçisi saxlanıldı 8 May 2021, 10:44 “Çinar” restoranında ÖLÜM 8 May 2021, 10:38 Hərbi Hava Qüvvələrimiz düşmənin hədəflərini belə məhv edib - VİDEO 8 May 2021, 10:32 Rusiyadakı soydaşlarımızın Azərbaycana axını GÖZLƏNİLİR 8 May 2021, 10:26