Arxiv
15 Aprel 2021, 11:10 | AKTUAL
“Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur - VİDEO

“Azərenerji” ölkənin Şimal-Şərq rayonlarının, eləcə də Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatında mühüm əhəmiyyət kəsb edən, Azərbaycan və Rusiya enerji sistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur.

 

Bu barədə Modern.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, enerji sistemi üçün mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurmuşdu. Bu səbəbdən də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılır, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir, məsafdən idarəolunan müasir SCADA dispetçer sistemi yaradılır.

 

"Yaşma" yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 42 km məsafədə 330 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilir. Ən əsası yarımstansiyada reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirilir. Belə ki, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində şuntlayıcı reaktorlar quraşdırılıb ki, onlardan biri məhz şimal-şərq rayonlarını, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında olacaq. Digər reaktor isə Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” paylayıcı məntəqəsində quraşdırılır.

 

Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək. Xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Messidən əlçatmaz nəticə 17 May 2021, 20:59 Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyat - Vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12 Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi 17 May 2021, 19:06 Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22