Arxiv
16 Aprel 2021, 09:15 | HADİSƏ
Cəmil Həsənlinin qızı intim videolarından DANIŞDI: “Heç nə eləmək istəmirlər”

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli onun şəxsi həyatına müdaxilə və intim görüntülərinin internetdə yayılması ilə bağlı şikayətlər üzrə hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdır. Onun özü də, yaxınları da hesab edir ki, dövlət orqanları cinayətkar(lar)ı ortaya çıxarıb cəzalandırmaqda maraqlı deyil.


Modern.az
xəbər verir ki, Cəmil Həsənlinin ailəsindən “Azadlıq” radiosuna araşdırmanın gedişi barədə aşağıdakılar bildirilib:

"Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Yasamal və Xətai rayonlarının həm prokurorluğuna, həm də Polis idarəsinə şikayətlər göndərilib. Heç birindən rəsmi cavab gəlməyib. Xətai rayonu, 37-ci Polis bölməsinə aprelin 3-də ərizə verilib, aprelin 7-də iş oradan Bakı şəhər Baş Polis İdarəsinə göndərilib. Orada təhqiqatçıdadır. Təhqiqat müddəti 10 gündür. İki gün sonra müddət başa çatır, amma heç bir nəticə yoxdur".

"... deyəcəklər ki, kamera görüntüləri yoxdur"

Milli Şura sədrinin qızı şikayətlərində atasının siyasi fəaliyyətinə görə təxribata məruz qaldığını vurğulayıb. O, özünü Allahverdiyev Mahir Nizami oğlu kimi təqdim edən şəxslə görüşdüyü binanın girişində, restoranlarda olan videokameraların görüntülərinin alınıb araşdırılmasını, bir nüsxəsinin də ona təqdim olunmasını istəyib:

"Şikayətlərdə bu təxribatın birbaşa iştirakçısı ilə yanaşı, onu quranların hamısının müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Uşaqların telefonlarına (Günel Həsənlinin övladları-red.) intim xarakterli videoları göndərən şəxslərin də müəyyənləşdirilib cəzalandırılması tələbi şikayətdə əksini tapıb. Proseslərin gedişi göstərir ki, heç nə eləmək istəmirlər. Bir müddət sonra gəlib deyəcəklər ki, kamera görüntüləri yoxdur, silinib...".


"Araşdırma aparılır"

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, Günel Həsənlinin müraciəti əsasında araşdırma gedir: 

"Müraciət edib, araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə özünə məlumat veriləcək. Əlavə şərhim yoxdur".


“Azadlıq” radiosu Günel Həsənlinin şəxsi həyatı ilə bağlı videolarda adı keçən və Mahir Allahverdiyev kimi təqdim
olunan şəxslə əlaqə saxlayıb. O, ünvanına səslənən ittihamlarla bağlı suala belə cavab verib: 

"Sizə kim ixtiyar verib bu nömrəni yığmağa? Qarşı tərəf deyirsizsə, hüquq-mühafizə orqanları var. Ora şikayət eləyiblər, Allah qoysa, açıqlama olacaq. Nə dəqiqədə bir məni yığırsız? Sizin kimi 300 nəfər yığır. Sağ olun...".


Xatırladaq ki, Günel Həsənlinin intim videoları martın 29-da sosial şəbəkələrdə yayılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00