Modern.az

Ramazanın 6-cı günün duası - iftar və imsak vaxtı

Ramazanın 6-cı günün duası - iftar və imsak vaxtı

Aktual

19 Aprel 2021, 04:20

Bu gün Ramazan ayının altıncı günüdür.

 

Modern.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 19-da Bakıda imsak saat 04:21, iftar isə saat 19:38-dədir.

 

Ramazan ayının 6-cı gününün duası:

 

"Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin".

 

Tərcüməsi:

 

"İlahi, bu ayda məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə, Öz cəza qamçınla məni vurma, Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey rəğbət bəsləyənlərin Rəğbətlisi".

 

İftar duası:

 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

 

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

 

Allah orucunuzu qəbul etsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır