Modern.az

Bir əsrdir şəfəq saçan \"Şəfəq\" - FOTOLAR

Bir əsrdir şəfəq saçan \

20 Aprel 2021, 16:09

Qubanın bir əsrlik tarixi olan rayon qəzeti "Şəfəq"qezeti bu gün 100 yaşıını qeyd edir.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Quba rayon İcra Hakimiyyətində pandemiya qaydalarına uyğun olaraq mərasim keçirilib.

 

Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun ictimai-siyasi,mədəni və müxtəlif sahələr üzrə həyatında mühüm rolu olan rayon qəzetinin keçdiyi tarixi yoldan ətraflı danışıb.Rayon rəhbəri Qubada işlədiyi 3 il 4 ay ərzində yerli mətbuatın gördüyü işləri yüksək qiymətləndirib. Z.Əliyevin sözlərinə görə görə ,"Şəfəq "qəzeti Azərbaycanda 100 il tarixi olan yeganə rayon qəzetlərindəndir. Cənab Əliyev qəzetin tarixində baş vermiş önəmli bir hadisədən də danışıb:

 

"Çox xoş hadisədir ki,ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə"Şəfəq"qəzetinin çapdan çıxmasının 75 illiyi münasibətilə yaradıcı kollektivə təbrik məktubu göndərib və hər bir bir əməkdaşa uğurlar arzulayıb.Qəzetin kollektivi bu tarixi təbriki unutmur və həmişə xoş hadisə kimi anır." Ümumiyyətlə,Qubada son 3 ildə görülən geniş miqyaslı işləri qərəzsiz və obyektiv işıqlandıran mətbuat nümayəndələrinə təşəkkür edən Quba İH başçısı onların hər birinə uğurlar arzulayıb.

 

"Şəfəq"qəzetinin redaktoru Qəhrəman Qasımov indiyədək "Əxbar","Yeni dirilik","Kollektivləşmə yolu ilə","Qızıl Quba","Quba"və "Şəfəq"adı ilə nəşr edilən yerli qəzetin keçdiyi yola nəzər salıb.Bildirib ki,pandemiya səbəbindən 2020-ci ilin mart ayından fəaliyyətini müvəqqəti dayandıran "Şəfəq"qəzetinin kollektivi üzərlərinə düşən missiyanı həmişə layiqincə yerinə yetirməyə çalışıb.

 

Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov çıxışında təklif verib ki,"Şəfəq"qəzetinin fəaliyyəti bərpa edilməlidir və buna rayon ziyalıları dəstək verməlidir.Quba İH başçısı Ziyəddin Əliyev səslənən təklifi çox müsbət qarşılayıb və qəzetin nəşrinin bərpası üçün İh-nin də dəstək verəcəyini söyləyib.Bununla bağlı birinci müavini Tariyel İbrahimova tapşırıqlar verən cənab Əliyev qəzetin 100 illik tarixinə aid xüsusi nömrənin hazırlanmasını məqsədəuyğun hesab edib.

 

Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev,şair Ramiz Qusarçaylı,İh-nin baş məsləhətçisi Aynur Yəhyayeva "Şəfəq "qəzeti ilə bağlı ürək sözlərini dedilər.Rüfət Hacıyev rayonun təhsil işçilərinin yerli qəzetin nəşrinin bərpası üçün maddi dəstək göstərməyə ,fəallıqla abunə kampaniyasında iştirak etməyə hazır olduqlarını söyləyib.

 

Bu sətirlərin müəllifi olan jurnalist Aytəkin Alxaslı isə çıxışında nostalji hisslərə toxunub:"Mənim jurnalistikaya gəlişimdə vaxtilə "Şəfəq"qəzetinin əməkdaşı olmuş,sonradan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı olmuş,mərhum Tofiq Rüstəmovun xüsusi rolu olub.O adamsızların adamı idi.Adamı olanın adamı olmağa nə var ki...Əsas odu ki,adamsızların adamı olasan.Qubanın yetişdirməsi olan Tofiq Rüstəmov belə bir tarixi şəxsiyyət idi."

 

Pandemiya qaydalarına ciddi riayət edilən tədbirin sonunda Quba İH başçısı Ziyəddin Əliyev "Şəfəq"qəzetinin əməkdaşlarına İH-nin Fəxri Fərmanını və mükafatlar təqdim edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü