Arxiv
20 Aprel 2021, 17:18 | AKTUAL
Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və ailə üzvləri koronavirusa yoluxub. 20 günlük müalicədən sonra vəziyyəti yaxşılaşan partiya sədri hazırda ev şəraitində müalicəsini davam etdirir.

Modern.az xəbər verir ki, bu barədə azpolitika.info-ya partiya sədri özü bildirib.


O qeyd edib ki, ailəni məktəbə gedən nəvəsi yoluxdurub:

“Nəvəm məktəbə gedirdi və böyük ehtimalla, bizi Covid-19 infeksiyasına o yoluxdurub. Səhv etmirəmsə, nəvəmin müəlliməsi də xəstə olub. Biz koronavirusa yoluxduqdan sonra təxminən on gün ev şəraitində qaldıq. Sonra vəziyyətimiz ağırlaşdığı üçün Yeni Klinikaya yerləşdirildik”.

S.Cəlaloğlu deyib ki, ailə üzvlərinin hamısının vəziyyəti ağır olub: “Dediyim kimi, bir müddət evdə qaldıqdan sonra səhhətimizdə ağırlaşma müşahidə edildi və Yeni Klinikaya yerləşdirildik. Burada təxminən on günə yaxın yardım aldıq. İndi artıq evdəyik. Hazırda koronavirus infeksiyasının müəyyən qalıqları qalıb. Öskürək qalıb, təngnəfəslik hiss olunur, şəkər qalxır. Qalıq əlamətləri olsa da, tədricən düzəlirik. İndi ev şəraitində bir neçə dərman qəbul edirik. Bir növ sağalmış hesab olunuruq, amma qalıq əlamətləri olduğundan “Vitamin D” daxil olmaqla, bəzi hənblər qəbul edirik. İndi yaxşıyıq”.

Sərdar Cəlaloğlu deyir ki, xəstə olduğu müddətdə özünə qarşı ciddi diqqət hiss edib: “Partiya sədrləri, mətbuat işçiləri, çoxlu sayda insan maraqlandı. Hər birinə təşəkkür edirəm. Eləcə də xəstəxanada yatdığımız zaman çox ciddi qayğı ilə əhatə olunduq, diqqət gördük. Bir neçə dəfə müayinə olunurduq, ən kiçik məsələ olduqda dərhal yardın edilirdi. Mən həm xəstəxanada göstərilən diqqətdən, həm də cəmiyyətimizin nümayiş etdirdiyi münasibətdən kifayət qədər razıyam”.

Özünün həkim olduğunu xatırladan Sərdar Cəlaloğlu qeyd edib ki, karantin tətbiq edilsə də, edilməsə də, maksimum nəticə vermir. O, hesab edir ki, vətəndaşlar şüurlu şəkildə xəstəliyin mahiyyətini aydın dərk etməli, bunun nə dərəcədə təhlükəli olduğu və ağır nəticələrə səbəb olacağını bilməlidirlər: “Açığı, çox adam inanmır ki, bu xəstəlik qısa müddətə insanları öldürə bilər. Bu virus insanın cavan və ya qoca olmasından asılı olmayaraq, onun həyatına son qoya bilər. Məsələn, 37 yaşlı cavan oğlan bu xəstəlikdən vəfat edib. Eləcə də bir 28 yaşlı cavan insan. Xəstəxanada cavan-cavan uşaqlar vardı ki, çox ağır vəziyyətdə idilər. Yəni bu xəstəliyin ancaq yaşlı insanlara təsir edəcəyi haqda fikirlər də yanlışdır. Mənim iki yaşında olan nəvəm koronavirus tutub. Bu baxımdan insanlar bilməlidir ki, yaşın fərqi yoxdur. Sadəcə orqanizmi zəif olan insanlar qısa müddətdə məhv olurlar. Koronavirus bu qədər ciddi xəstəlikdir. Xəstəxanalar doludur, reanimasiyalarda yer yoxdur. Xəstələrin bir qisminin müalicəsi evlərdə aparılır, amma bu zamanda günün tələbləri səviyyəsində olmur. Mən dəqiq faktlara əsaslanıb bu fikirlərimi deyirəm. Yəni vəziyyət çox təhlükəlidir, insanlar özünü qorumalıdır və bilməlidir ki, yoluxduğu təqdirdə ağır nəticələrlə üzləşə bilərlər”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş 17 May 2021, 19:00 AFFA bəzi klubları cərimələdi 17 May 2021, 18:54 Bakının əsas yollarında tıxac var - FOTOLAR 17 May 2021, 18:47 BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb 17 May 2021, 18:40 İlkin Süleymanovun işi məhkəməyə göndərildi 17 May 2021, 18:34 Prezidentin köməkçisi NATO Baş katibinin müavini ilə görüşdü - FOTOLAR 17 May 2021, 18:27 Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT 17 May 2021, 18:20 Gürcüstanda svanlarla azərbaycanlılar barışdılar - Deputatdan açıqlama 17 May 2021, 18:14 İlin 10 gənc müəllimi - Müsabiqə yekunlaşdı 17 May 2021, 18:07 Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir - TƏHLİL 17 May 2021, 18:04 Bakıda əyani tədrisə cəlb olunan şagirdlərin sayı - RƏSMİ  17 May 2021, 18:00 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir 17 May 2021, 17:57 TƏBİB Nazirliyə: “30 ildə səhiyyə müəssisələrində yenilik olmayıb” 17 May 2021, 17:53 Makronun erməni dilindəki bəyanatından sonra səfirimizi Fransadan geri çağırmalıydıq 17 May 2021, 17:49 Dolların məzənnəsi sabit qaldı 17 May 2021, 17:42 Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb 17 May 2021, 17:36 Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı 17 May 2021, 17:31 Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur 17 May 2021, 17:27 Ermənistanda minlərlə fərari əfv olunacaq 17 May 2021, 17:26 Sahibə Qafarovanın İtaliya səfəri başlayıb 17 May 2021, 17:22 Lüksemburqda azərbaycanlılara qarşı erməni təxribatı - Rəsmi MƏLUMAT 17 May 2021, 17:18 Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR 17 May 2021, 17:17 “Bank of Baku” da qəfil dəyişiklik 17 May 2021, 17:14 Paşinyanın xarici ölkə liderlərinə zəngləri davam edir 17 May 2021, 17:14 “İrəvandakı hökumət sərhədə malik olmaq hissini itirib” - Fərid Şəfiyevin ŞƏRHİ 17 May 2021, 17:10 Gürcüstanda azərbaycanlıları döyən 8 nəfər saxlanılıb - Dövlət Komitəsi 17 May 2021, 17:10 ABŞ İsrailə yüksək dəqiqliyə malik silahlar satacaq 17 May 2021, 17:08 Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət göndərib 17 May 2021, 17:06 “Gürcüstanda azərbaycanlılarla bağlı konflikti qızışdıran üçüncü qüvvə var” - Sabiq deputat 17 May 2021, 17:00 “Ötən il kommersiya məhkəmələri 7 mindən çox işə baxıb” - Nazir 17 May 2021, 16:55 ABŞ İsraildən HƏMAS-la bağlı sübut tələb etdi 17 May 2021, 16:53 Ədliyyə naziri məhkumlarla bağlı statistikanı AÇIQLADI 17 May 2021, 16:50 Şuşadan qayıdan tanınmışlar: “Bu səfərin təəssüratı hər şeyi kölgədə qoydu” 17 May 2021, 16:45 Lavrov İlham Əliyevin Zəngəzurla bağlı dediklərini TƏSDİQLƏDİ 17 May 2021, 16:39 Ötən gün peyvənd olunanların sayı açıqlandı 17 May 2021, 16:35