Modern.az

Oruc tutanlara həkim MƏSLƏHƏTİ

Oruc tutanlara həkim MƏSLƏHƏTİ

Aktual

21 Aprel 2021, 08:38

İmsakda zülalı çox olan, yağlı və mürəkkəb karbohidratlara üstünlük verin. Şirniyyat yeməməyiniz məsləhətdir. Çünkü şiriniyyatlar, kofein sidikqovucudur, su itkisi yaradacaq. Həm də şirniyyatlar insanı acdırır. İnsulin ifrazını artırır, qanda qlükoza tez müddətə aşağı düşür. Kimsə imsakdan bir neçə saat sonra aclıqdan əsirsə, başı gicəllənirsə, tərləyirsə çox güman ki, şirniyyat yeyib.

Bəzən həm də arıqlamaq istəyənlər daha güclü kalori defisiti yaratmaq üçün imsakda heç bir qida qəbul etmirlər. Ya da imsak üçün yuxudan dura bilmirlər, bir də iftarda yemək yeyirlər. Bu qəti yolverilməzdir, sağlamlıq üçün təhlükəlidir.

Ac qalma müddəti bu zaman çox uzanmış olur, həm insanın immuniteti düşür, infeksion xəstəliklər və hətta xərçəng riski artır. Çünkü immun hüceyrələri enerjisiz qalarsa, işlərini görə bilmirlər.

İmsakda qida qəbul etmədən oruc tutma zamanı bədən güclü stressə məruz qalır, insan fövqəladə hal rejiminə keçir. Baş beyini qlükoza ilə təmin etmək üçün, bədənin digər hüceyrələrinə qlükoza girişini dayandırmaq məqsədilə insulinə qarşı davamlılıq yaranır. Bu isə şəkərli diabet riskini artırır. Ona görə imsakda normal qidalanın.


Həkim-anestezioloq Şahin Məmmədov

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi