Modern.az

Xarici ölkələrin zəlzələşünasları Bakıda

Xarici ölkələrin zəlzələşünasları Bakıda

17 Sentyabr 2012, 12:10

Bakıda səfərdə olan bir qrup xarici ölkə seysmoloqları AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin “Bakı stansiyası”nda olublar. Tanışlıq xarakteri daşıyan görüşdə Türkmənistan EA-nın Seysmologiya İnstitunun direktoru M. Çarıyev, Türkmənistan EA-nın Seysmologiya İnstitunun seysmoloji məlumatların interpretasiyası şöbəsinin rəhbəri G.Çalıyeva, Rusiya EA-nın Yer Fizikası İnstitunun laboratoriya müdiri A.Y.Sidorin və Panamanın OSOP təşkilatının direktoru Branden.C. Kristensen iştirak ediblər.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli əvvəlcə qonaqlara mərkəzin peyk rabitəsi ilə işləyən seysmik stansiyalar və onların iş prinspi ilə tanış edib. Azərbaycanda seysmologiya sahəsində əldə olunan uğurların onların diqqətini də çəlb etdiyini bildirən Türkmənistan EA-nın Seysmologiya İnstitunun direktoru M.Çarıyev  Türkmənistan seysmoloqlarının ikitərəfli əməkdaşlığa maraqlı olduqlarını bildirib. “Azərbaycan seysmologiyası çox inkişaf edib. Biz düşünürük ki, sizin təcrübənizdən  təkcə biz deyil, çox ölkələr istifadə edə bilərlər”- deyən Türkmənistan EA-nın Seysmologiya İnstitunun direktoru M.Çarıyev Mərkəzin seysmoloji stansiyalarının da çox müasir olduğunu bildirib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Q.Yetirmişli isə ölkə rəhbərliyinin diqqəti və qayğısı sayəsində Azərbaycanda seysmoloji stansiyalar şəbəkəsinin genişlənməkdə davam etdiyini, Xəzər dənizində 3 dənizdibi seysmik stansiyanın da quraşdırılmasının nəzərdə tutulduğunu bildirib. Həmçinin o, iki ölkə arasında ikitərəfli əməkdaşlığın vacib olduğunu və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının mümkünlüyünü qeyd edib. Görüşdə qonaqlara “Bakı stansiyası”na seysmik stansiyalardan gələn məlumatların toplanılması və emalı ilə bağlı da ətraflı məlumat verilib. 

Mail Ağaxanov
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir