Modern.az

AŞPA-da ermənilərin təxribat cəhdinin qarşısı alındı - DEPUTAT

AŞPA-da ermənilərin təxribat cəhdinin qarşısı alındı - DEPUTAT

Parlament

22 Aprel 2021, 13:48

“Erməni tərəfinin başlatdığı debatlar ümidsizlik və çarəsizlikdən başqa bir şey deyil. Onların bu addımı diqqəti Azərbaycanın qələbə faktından yayındırmaq məqəsədi daşıyırdı. Erməni tərəfinin yenidən müharibə dövrünə, keçmişə qayıtmaq cəhdi reallığı dərk etməmələrindən irəli gəlir və bütün təşəbbüslərinin arxasında bu dayanır. Faktları saxtalaşdıraraq, guya Azərbaycan tərəfinin qanunsuz saxladığı  erməni hərbi cinayətkarları, təxribatçıları və terrorçuları əsir kimi təqdim edərək, qurban obrazında göstərməyə çalışdılar. Bu bir çıxışda əks olunan saxta, yalan və ikiüzlülüyün ifadəsi idi”.


Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assamıleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

 
Onun sözlərinə görə, AŞPA-da müzakirələr uzun sürməyib və qeyd olunan məsələ ilə əlaqədar  heç bir sənəd və ya qərar qəbul edilmədən sona çatıb.

“Erməni həmkarlarımızın yaddaşsızlığı təəccüb doğurur. Xocalıda törətdikləri vəhşiliklərdən, dinc Azərbaycan əhalisinə etdikləri zülm və həyata keçirdikləri etnik təmizləmə, soyqırımı siyasətindən sonra, hələ də bunlar humanizm və insan haqları barədə danışmağa cəsarət edirlər! Ermənistan deputatları 100-dən çox “hərbi əsir”in Azərbaycanda saxlanıldığını israr edirlər. 
Azərbaycan rəsmi səviyyədə müharibədə əsir götürülmüş bütün erməni hərbçilərin “hamının hamıya ” prinsipi ilə Ermənistana qaytarıldığını bildirib. Lakin bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycanın azad edilmiş ərazilərində aşkar edilmiş silahlı hərbçilər qrupu əsir kateqoriyasına aid deyil.  Bu insanlar təxribatçı hesab olunurlar”.


S.Fətəliyeva deyib ki, erməniləri AŞPA-da yalnız bir neçə parlamentari dəstəkləyib.

“Bunlar həmin kəslər idi ki, davam edən proseslərin təfərrüatlarına varmadan erməni yalanlarına istinad edərək, hər zaman onlarla fəal əməkdaşlıq edir və fikirlərini bildirirlər. Bu, bizdə təəccüb doğurmadı. Azərbaycan nümayəndə heyəti real vəziyyəti və həqiqəti auditoriyaya çatdırmaqla, ermənilərin təxribat cəhdinin qarşısını aldı.
Azərbaycanın bu gün nəyisə sübut etməyə ehtiyacı yoxdur. Ermənilər tərəfindən işğal olunmuş ərazilər azad edildikdən sonra dünyaya təqdim olunan real görüntülər məsələ barədə öz sözünü deyir. Bu görüntülər  Ermənistanın faşist ideologiyasından və insanlıqadan uzaq mövqedə olmasından danışır”.


Aysel Məhərrəmova

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir