Modern.az

“Dini cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker

“Dini cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker

Aktual

23 Aprel 2021, 14:08

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli bildirib ki, dini sahədə normativ hüquqi aktların zəruriliyi “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliyi labüd edir. Deputat bu qanunun 90-cı illərdə qəbul edildiyini xatırladıb.

Modern.az xəbər verir ki, deputat bu sahədə dövlətin, aidiyyəti qurumların hüquq və vəzifələrinin dəqiq şəkildə müəyyənləşəcəyini deyib:

 “Əsrlər boyu Azərbaycanda dini tolerantlıq mühiti mövcud olub. Bu qanunla bu mühit daha da yaxşılaşacaq. Azərbaycanda elə insan var ki, dini dəyərlərimizin qorunmasının əleyhinə çıxsın? Bu qanunda kifayət qədər dəyişikliklər var. Biz bu məsələni iki komitədə müzakirə etmişik. Ciddi və ətraflı müzakirə təşkil edilib. Dini qurumların da nümayəndələri bu müzakirədə iştirak ediblər. Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin və Qafqaz Müsəlmanları idarəsinin nümayəndələri bu gün də iclasda iştirak edir”.

Onun sözlərinə görə, ayrı-ayrı dini cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır:

“Bu qanunun qəbul olunması ilə bu kimi halların qarşısı alınacaq. Kütləvi dini ayin, ibadətlər yalnız məscidlərdə və ibadət yerlərində keçiriləcək. Digər yerlərdə isə yalnız icazə ilə bunu edə biləcəklər. Müqəddəs hesab edilən yerlərdə dindarların iştirakı yalnız müvafiq icra hakimiyyəti qurumu tərəfindən təşkil ediləcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...