Modern.az

“Oskar” mükafatlı məşhur aktrisa vəfat etdi

“Oskar” mükafatlı məşhur aktrisa vəfat etdi

2 May 2021, 11:40

Amerikalı aktrisa Olimpiya Dukakis 89 yaşında dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə onun qardaşı Apollo Dukakis bildirib.

 

“Mənim sevimli bacım Olimpiya Dukakis bu səhər Nyu-Yorkda dünyadan köçdü”, - o, feysbuk səhifəsində yazıb.

 

Onun sözlərinə görə, bacısı bir neçə ay davam edən sağlamlıq problemlərindən sonra vəfat edib.

 

Qeyd edək ki, yunan immiqrantların qızı Dukakis 1931-ci il iyunun 20-də ABŞ-ın Louell şəhərində (Massaçusets ştatı) anadan olub. Onun kino karyerası 1960-cı illərdə başlayıb.

 

Dukakis 56 yaşında çəkildiyi “Ayın gücü” filmində ən yaxşı ikinci plan qadın roluna görə “Oskar” və “Qızıl qlobus”a layiq görülüb. Karyerası boyu kinoda 60-dan çox rol oynayıb, 50-dən çox teleserialda çəkilib. O, həmçinin “Polad maqnoliyalar” (1989) filmi ilə məşhurdur.

 

 
 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir