Arxiv
4 May 2021, 17:03 | AKTUAL
Şəhidin xatirəsinə həsr edilmiş onlayn turnirin qalibləri mükafatlandırıldı - FOTOLAR

Mayın 4-də Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn keçirilmiş şahmat turnirinin qalibləri mükafatlandırılıblar.

 

Modern.az xəbər verir ki, mükafatlandırma mərasiminində şəhid Murad Məmmədovun atası İlham Məmmədov, şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon Gənclər və İdman İdarələrinin rəisləri, “Ağ Top” Şahmat Klubun direktoru Cavanşir Bağırov, qalib şahmatçılar iştirak ediblər.

 

Qeyd edək ki, turnirin açılış mərasimi 12 aprel 2021-ci il tarixdə keçirilmişdir. Turnirin onlayn açılış mərasiminində Milli Məclisin deputatı Hikmət Babaoğlu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidin atası İlham Məmmədov, şəhidin təhsil aldığı 37 saylı tam orta məktəbin direktoru Ceyhun Bayramlı, “Ağ Top” Şahmat Klubun rəhbəri, fəal gənclər və həvəskar şahmatçılar iştirak ediblər.

 

Mükafatlandırma mərasiminində çıxış edən natiqlər qeyd etmişlər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Şəhid olmuş qəhrəman oğullarımızı illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu igid, qəhrəman oğullarımızı daim qəlbimizdə yaşadaq.

 

Daha sonra turnirin qalibləri mükafatlandırılıb.

 

Beləliklə, turnirin qaliblərini xatırlatmaq istərdik:



Ümumi yarışda


1. Mahmudzadə Yunis
2. Xəlilzadə Murad
3. Həmidov Allahverdi

12 yaşadək oğlanlar arasında
1. Rüstəmov Rüstəm
2. Əlizadə Paşam
3. Xəlilzadə Cavad

Ümumi qızlar arasında
1. Nuriyeva Nurtən
2. Fərzəliyeva Şəms
3. Mirzəyeva Səma

Qaliblərimizi təbrik edirik! Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI 16 May 2021, 15:30 Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı - YENİLƏNİB 16 May 2021, 15:28 Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                   16 May 2021, 15:14 Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO 16 May 2021, 15:00 Tanınmış jurnalist vəfat etdi 16 May 2021, 14:54 Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24 Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR 16 May 2021, 13:18 Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir 16 May 2021, 13:12 Yazıçıdan azad olunmuş ərazilərlə bağlı TƏKLİF - “70 yaşdan yuxarı insanları...” 16 May 2021, 13:06 Başçı gözləyən rayonlar... 16 May 2021, 13:01 Ermənistan Təhükəsizlik Şurası Qaragöllə bağlı TOPLAŞDI 16 May 2021, 13:00 Türkiyədə bu şəxslər üçün karantin yumşaldılır 16 May 2021, 12:55 “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” müzakirəsi aparıldı 16 May 2021, 12:50 Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi 16 May 2021, 12:44 Sabah 35 dərəcə isti olacaq 16 May 2021, 12:38 Azərbaycanda QİÇS xəstələrinin SAYI 16 May 2021, 12:32 Çəltik əkən şəxsə dövlət bu qədər pul ödəyəcək - MƏBLƏĞ    16 May 2021, 12:26 Dünya ölkələrində ən qeyri-adi QADAĞALAR 16 May 2021, 12:14 12 nəfərin də hərbi səbəblərlə bağlı əlilliyi LƏĞV EDİLDİ 16 May 2021, 12:10 Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlandı - FOTOLAR 16 May 2021, 12:05