Modern.az

Müğənni Aslan Hüseynovun ölümünə səbəb olan qəzanın TƏFƏRRÜATI

Müğənni Aslan Hüseynovun ölümünə səbəb olan qəzanın TƏFƏRRÜATI

4 May 2021, 17:24

Bu gün yol qəzasında həlak olan müğənni Aslan Hüseynov hadisə vaxtı avtomaşında tək olub.

 

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyst hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsindən Modern.az-a verilən məlumata görə, müğənninin ölümünə səbəb olan qəza mayın 4-də səhər 05:45-də Bakı-Qazax yolunun 60-cı km-də -Qaradağ rayonu ərazisində baş verib. Bakı şəhər sakini,17.05.1967 -ci il təvəllüdlü Aslan Tofiq oğlu Hüseynovun  idarə etdiyi BMV markalı avtomobil Qazaxdan Bakı istiqamətinə gedərkən avtomaşın qarşıda hərəkətdə olan "KAMAZ" markalı avtomaşının arxasına çırpılıb. Nəticədə sürücü, 54 yaşlı  Aslan Hüseynov hadisə yerindəcə dünyasını dəyişib. Müğənninin avtomaşında tək olduğu deyilir.

Ehtimal edilir ki, o yorğun olduğundan sükan arxasında yuxulayıb. Avtomobildən digər bir sənəd də  tapıldığından onun avtomaşında tək olmadığı barədə sosial şəbəkələrdə məlumat yayılıb və bu həqiqəti əks etdirmir. Əslində qəza vaxtı Aslan Hüseynov tək olub.

 

Mərhum müğənninin meyiti tibbi ekspertiza edilib. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində CM-nin 263.2 maddəsilə cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.

 

Məlumat üçün bildirək ki, müğənni Aslan Hüseynovun mayın 17-də 54 yaşı tamam olacaqdı.

 

Allah rəhmət eləsin!

 

Aytəkin ALXASLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir