Modern.az

Diaspor ermənisinin Xankəndi TƏƏSSÜRATLARI: “Çoxları buradan getmək üçün fürsət axtarır”

Diaspor ermənisinin Xankəndi TƏƏSSÜRATLARI: “Çoxları buradan getmək üçün fürsət axtarır”

Qarabağ

5 May 2021, 14:41

Erməni mənşəli rusiyalı hərbi analitik Leonid Nersisyan Azərbaycanın Xankəndi şəhərinə səfər edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Leonid Nersisyan səfər barədə bildirib:

“Müharibədən sonra ilk dəfə sevimli Qarabağıma səfər etdim. Səfər məndə qəribə hisslər oyatdı və mənim üçün asan olmadı. Şuşa yaxınlığında azərbaycanlı hərbi kolonun yanından keçmək çox alçaldıcı idi. Bundan sonra bütün günü yaşamaq istəmirdim. Çox maraqlıdır ki, bu faciəyə, ağır məğlubiyyətə görə məsuliyyət daşıyan heç bir vəzifəli şəxs nə intihar etdi, nə də vəzifəsindən getdi”.

 

Nersisyan Xankəndi şəhərindəki mövcud ab-havaya da toxunub.

“Xankəndidə ilk baxışda heç nə dəyişməyib. Əvvəlki kimi təmiz və gözəl, həyat qaynayan şəhərdir. Amma insanlara ünsiyyətə girəndə anlayırsan ki, onlar qeyri-müəyyənlik içində yaşayırlar. Çoxları Qarabağdan getmək üçün fürsət axtarır. Qarabağın gələcək taleyi sakinlərin heç biri üçün aydın deyil. Təəssüf ki, çoxları, o cümlədən hakimiyyət üçün baş verənlər dərs olmadı. Hər şey əvvəlki kimidir: qohumbazlıq, ancaq bu günü fikirləşmək, gələcəklə bağlı strategiyanın yoxluğu...”.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar