Arxiv
21 Sentyabr 2012, 12:51 | TƏHSİL
YAP Ana Vətən Partiyası ilə birləşməkdən imtina edib

İqtidaryönlü mövqeyi ilə seçilən Ana Vətən Partiyasının (AVP) hakim Yeni Azərbaycan Partiyası ilə birləşməsi məsələsi yenidən gündəmə gəlib. Bir müddət əvvəl AVP-nin sədr müavini, deputat  Zahid Oruc tərəfindən irəli sürülən vahid partiyada birləşmək təklifi o zaman reallaşmasa da, millət vəkili prezident seçkisi öncəsi yenidən bu məsələyə qayıdıb.

Millət vəkili Zahiq Oruc irəli sürdüyü təkliflə bağlı Modern.az-a açıqlama verib. Deputat bildirib ki, hər iki iqtidar partiyasının vahid şəkildə birləşməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.

“Mən bir müddət əvvəl də belə bir təklif irəli sürmüşdüm. Təbii ki, hər zaman bir millət vəkili kimi, istər Ana Vətən Partiyasının təmsilçisi kimi mən partiyalar sistemində isteqrasiyaların getməsini hər zaman arzulamışam. Düşünürəm ki, Ana Vətən Partiyası ilə Yeni Azərbaycan Partiyasının birləşməsi siyasi baxımdan böyük əhəmiyyətə malik olardı. Bu məsələ ilə bağlı mən təklifimi dilə gətirərkən hər hansı şəxsi niyyət güdməmişdim. Çox istəyirdim ki, bu iki iqtidar partiyası vahid partiya şəklində birləşsin. Təəssüflər olsun ki, mənim təklifimə münasibət müsbət olmadı. Yeni Azərbaycan Partiyasının gücü bizimlə müqayisədə daha böyükdür. Bu fonda onlar belə birliyin olmasına müsbət baxmadılar. Bununla da mövzu qapandı. Amma mən yenə də öz fikrimdə dayanaraq partiyaların birləşməsini müsbət hal hesab edirəm”, - deyə Z.Oruc açıqlama verib.

Qeyd edək ki, millət vəkili Zahid Oruc bir müddət əvvəl Ana Vətən Partiyası ilə Yeni Azərbaycan Partiyasının birləşməsi haqda təklif irəli sürmüşdü. Lakin hakim partiyanın funksionerləri deputatın təklifinə müsbət baxmayaraq, belə bir birliyin formalaşmasına ehtiyac duymadıqlarını bəyan etmişdilər. Hazırda məsələ yenidən gündəmdədir. Prezident seçkiləri ilə bağlı müxalifət düşərgəsindən fərqli olaraq iqtidar yönlü partiyaların vahid birlik yaratması indiki durumda real görünmür.

Anar RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır 18 May 2021, 11:38 Qasparyan Koçaryanın tərəfinə keçdi 18 May 2021, 11:35 Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib 18 May 2021, 11:29 Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi… 18 May 2021, 11:25 “Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT 18 May 2021, 11:24 İtkin düşən tələbə TAPILDI 18 May 2021, 11:18 Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur 18 May 2021, 11:13 Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI 18 May 2021, 11:10 Belarusun müdafiə naziri Bakıya gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı sənişinlərin istifadəsinə verilməyəcək 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36 Neft yenidən bahalaşdı 18 May 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 18 May 2021, 09:24 Bakıda və Xaçmazda mağaza YANDI 18 May 2021, 09:18 Türkiyədə terrorçular məhv EDİLDİ 18 May 2021, 09:12 “Eurovision-2021”Azərbaycanın səsverməsini onlar elan edəcək 18 May 2021, 09:06 Ərdoğandan Baydenə sərt mesaj - "Ermənilərin tərəfində oldunuz, indi də qanlı əllərinizlə tarix yazırsınız!" 18 May 2021, 09:00 ABŞ-ın milli təhlükəsizlik müşaviri Əliyevlə Paşinyana zəng etdi - Ağ Ev sərhəd mübahisəsindən narahatdır 18 May 2021, 08:55 Qadağalarla bağlı bir sıra məhdudiyyətlər götürüləcək - Deputat açıqladı 18 May 2021, 08:44 Hacıqabulda ağır qəza - 1 ölü, 3 yaralı 18 May 2021, 08:35