Modern.az

Kişiləri döyən qadınlar...

Kişiləri döyən qadınlar...

Aktual

6 May 2021, 14:54

“Əvvəlcə onu deyim ki, qadın və ya kişi fərq etmir, zorakılıq törədilibsə, qanun hər kəs üçün eynidir”.

Bu sözləri Modern.az-a “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qadınların kişilərə göstərdiyi fiziki zorkılıq barədə danışarkən deyib.


O, qadınların fiziki zorakılıq göstərməsini ənənəvi davranış modelinə uyğun saymadığını qeyd edib:


“Əvvəlcə onu deyim ki, qadın və ya kişi fərq etmir. Zorakılıq törədilibsə, qanun hər kəs üçün eynidir. Heç kim heç kimə icazə vermir ki, zorakılıq etsin. Kimsə qarşısındakı insanın zəifliyindən istifadə edib döyürsə, bu ümumiyyətlə pis haldır. Adətən qadının kişini döyməsi halları daha çox alkoqol aslılığı olan, cəmiyyətdə özünü idarə edə bilməyən vəziyyətdə olur. Düzdür, bu barədə çox danışılmır, amma real həyatda belə hadisələr var. Ümumən götürsək, qadının kişiyə şiddət göstərməsi çox vaxt alkoqol asılılığı zamanı yaranır.

Qeyd etmək lazımdır ki, artıq insanlarda davranışlar dəyişib. Necə ki, kişi səbəbsiz qadına şiddət göstərirdi, indi qadın da kişiyə hansısa formada fiziki güc tətbiq edə bilər. Bunun adı vəziyyətə görə dəyişir. Fiziki zorakılıq da, müqavimət də ola bilər. Müşahidələrim onu göstərir ki, qadınlar tərəfindən fiziki zorakılıq göstərilməsi ənənəvi davranış modelinə uyğun deyil”.   

Qeyd edək ki, bir neçə gün öncə Şirvan şəhərində belə bir hadisə baş verib.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.

O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

 


Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır