Modern.az

Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi  

Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi  

Aktual

6 May 2021, 21:00

Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib.

 

Modern.az xəbər verir ki, bunu baş konsul Mehmet Küçüksakallı öz "Twitter" səhifəsində yazıb.

 

M.Küçüksakallı bildirib ki, konsulluq binası tam hazır vəziyyətə gətirilib.

 

Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulluğu 2014-cü ilin iyununda İŞİD silahlılarının hücumuna məruz qalmışdı. Hücum zamanı konsulluqda olan 49 nəfər girov alınmışdı. Girovlar həmin ilin sentyabrında azad edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV