Modern.az

“Neftçi” çempion oldu - FOTO

“Neftçi” çempion oldu - FOTO

Aktual

6 May 2021, 21:19

Futbol üzrə Azərbaycan Birinci divizionunda 2020-2021-ci illər mövsümünün başa çatmasına iki tur qalmış qızıl medalların sahibi müəyyənləşib.

 

Modern.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Türk Hava Yolları Futbol Mərkəzində “Kəpəz”i qəbul edən “Neftçi-2” komandası 1:0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi olan “Zaqatala” ilə xal fərqini 11-ə çatdırıb və bununla da çempionluğu rəsmiləşdirib.

 

Mahmud Qurbanovun komandası cari mövsümdə keçirdiyi 25 görüşdə 19 qələbə, 4 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır