Modern.az

Nəqliyyat Nazirliyi yeni körpü açdı

Nəqliyyat Nazirliyi yeni körpü açdı

21 Sentyabr 2012, 16:44

Bu gün Dilman-Xatman avtomobil yolunun 1-ci km-də Ağsu çayı üzərində yeni tikilən körpünün açılışı olub. Nəqliyyat Naziirliyindən Modern.az-a verilən məlumata görə, uzunluğu 73, eni 8 m olan əvvəlki körpü 2011-ci ilin may ayında yağan güclü yağışlardan yaranan sel sularının təsirindən qəzalı vəziyyətə düşmüşdü.  Problemin aradan qaldırılması üçün 2012-ci ilin aprel ayında yeni körpünün tikintisinə başlanılıb. Müasir tələblərə cavab verən yeni körpünün uzunluğu 80,2, qabariti isə 8 metrdir. Hər tərəfdə eni 1,25 m olmaqla səkilər salınıb. 
Qeyd edək ki, körpü Ağsu rayonunun Kalva, Suraxanı, Dilman, Hacman və Xatman kəndlərini respublika əhəmiyyətli yollarla, həmçinin Ağsu şəhəri ilə nəqliyyat əlaqəsini təmin edir.

  Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı