Arxiv
9 May 2021, 09:45 | DİASPOR
Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlandı

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu faşizm üzərində qələbədə Azərbaycanın roluna dair ingilis dilində qısa film hazırlayıb.

 

Konsulluqdan Modern.az-a verilən məlumata görə, filmdə faşizm üzərində qələbədə Bakı neftinin strateji rol oynadığı xüsusi qeyd edilir. Azərbaycan neftçilərinin 1941-1945-ci illərdə 75 milyon neft istehsal etdiyi, həmin illərdə Sovet İttifaqında neft hasilatının 70 faizdən çoxunun, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyü vurğulanır.

 

Bu məqsədlə Adolf Hitlerin Bakı və onun neft mədənlərini ələ keçirməyi özünə əsas hədəf seçdiyi qeyd olunur.

 

Filmdə İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqının şücaətindən bəhs edilərək, 700 min azərbaycanlının müharibədə iştirak etdiyi və onlardan 400 mininin bu müharibədə həlak olduğu bildirilir. Döyüşlərdə nümayiş etdirdikləri şücaətə görə 128 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyü vurğulanır.

 

Həmçinin Şərqi Avropanın Almaniya tərəfindən işğalından sonra Azərbaycana pənah gətirmiş 10 mindən çox yəhudiyə ölkəmizin sığınacaq verdiyi və bununla bağlı Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin fikirləri də filmdə yer alır. R.Lauderin müharibə illərində Azərbaycanın böyük sayda yəhudini və onların uşaqlarını faşistlərdən və Holokostdan xilas etməsini minnətdarlıq hissi ilə qeyd etməsi bildirilir.

 

Sonda Azərbaycanda hər il 9 mayın Qələbə günü kimi qeyd edildiyi diqqətə çatdırılır. Film Azərbaycanın Argentina və Yunanıstandakı Səfirliklərinin dəstəyi ilə müvafiq olaraq, ispan, yunan və alban dillərinə də tərcümə olunub.

 

Qısa filmi burada izləmək mümkündür:

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?