Arxiv
10 May 2021, 09:53 | AKTUAL
Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın "Turquie-news.com” xəbər portalında “ Qarabağdakı minalanmış ərazilərin xəritələri haradadır? ” (Ou sont des cartes des territoires minés au Karabagh ?) başlıqlı məqaləsi yayımlanıb.

 

Modern.az-ın məlumata görə, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Qarabagda ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bu günədək Azərbaycana təhvil verilməməsi məsələsi qabardılır və Ermənistanin minalanmış ərazilərin xəritəsini verməməklə beynəlxalq hüququn prinsiplərini pozduqları qeyd olunur.

 

Müəllif yazır ki, müharibədən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad edilmiş ərazilərdəki minaların xəritəsini verməkdən imtina edir. Üçtərəfli bəyanat imzalandıqdan sonra müharibə dayandırılsa da, Ermənistanın hərbi cinayətləri bu minalar nəticəsində insan tələfatı ilə davam edir. Qarabağda mina partlaması nəticəsində 22 azərbaycanlı mülki və hərbçi həlak olub, 100 nəfər yaralanıb. Müəllif tank əleyhinə mina nəticəsində iki rus hərbçinin yaralanması faktına da diqqət çəkərək, ilkin hesablamalara görə, partlamamış hərbi sursatların döyüş sahəsindən təmizlənməsi 5-6 il, minalardan tam təmizlənməsinin isə 10-13 il çəkəcəyini bildirir.

 

Beynəlxalq mediada yayımlanan “Ermənistan Qarabağda və ətrafında mina qoymağa 350 milyon dollar xərclədi” sərlövhəli məqaləyə istinad edən müəllif "Ermənilər minalara 300 milyon dollardan çox pul xərcləyiblərsə, bu pullar haradan gəlib? Erməni lobbisinin pulu minalara gedib, yoxsa ermənilərə xərclənib ?”- deyə istehza ilə sual verir.

 

Z.Kazımova məqalədə Ermənistanın qeyri-insani addım ataraq ziyarətgahları və qəbiristanlıqları yerlə yeksan etdiyini və minaladığını da bir daha diqqətə çatdırır. “Beynəlxalq birliyin susması Ermənistana mülki əhali və tank əleyhinə mina xəritələrini gizli saxlamağa imkan verir” - deyə məqalədə vurğulanır. 

 

Sonda jurnalist bir daha Ermənistanın 12 Avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını, habelə Konvensiyanın İkinci Protokolunu, həmçinin Birləşmiş Millətlər Təşkilatının 1999-cu il tarixli Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu qeyd edir.

 

Məqalə sözügedən xəbər portalının manşetində yerləşdirilib, həmçinin sosial şəbəkə hesablarında da yayımlanıb.
https://www.turquie-news.com/ou-sont-des-cartes-des-territoires-mines-au

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?