Modern.az

Naxçıvan, İrəvan, Ottava, Paris, Moskva, Ankara, Bakı, Şuşa - Hər şəhərin öz sözü, hər sözün öz şəhəri...

Naxçıvan, İrəvan, Ottava, Paris, Moskva, Ankara, Bakı, Şuşa - Hər şəhərin öz sözü, hər sözün öz şəhəri...

12 May 2021, 12:42

Əkbər QOŞALI

Azərbaycan Prezidenti 10 mayda Naxçıvana səfər etdi, səfərin yekunları ilə bağlı AzTV-yə müsahibə verdi. Səfərin zamanlaması, səfər proqramı özlüyündə bir hadisədir. Bu səfərin dosta, düşmənə ismarıcları ilə xüsusi önəm daşıyan bir yönü də Naxçıvandakı hərbi potensialımız, 44 günlük Vətən Müharibəsi, İrəvandakı “əvəzçıxma” çağırışları və Zəngəzur Dəhlizi ilə bağlıdır. Naxçıvandakı Ümumqoşun Əlahiddə Ordunun yüksək döyüş hazırlığı danılmaz faktdır. Qarabağı 30 ilə yaxın işğal altında saxlayan, işğalçılıq və terrorçuluğu dövlət siyasəti olaraq sabitləşdirmiş rəsmi İrəvanın “ikinci cəbhə” açmaq həvəsini məhz bu Əlahiddə Ordu, dövlətimizin iradəsi, qüdrəti sıfırlayıb. Xüsusi statuslu hərbi vahid olan Ordu tam NATO standarlarına keçib (əlbəttə, NATO-nun çox mühüm üzvü olan qardaş Türkiyənin timsalında). Qardaş Türkiyə qoşun birləşmələri ilə ortaq tətbiqatların keçirildiyi ünvanlardan biri Naxçıvandır. Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti düşmənə göz dağı, dosta fərəh verir.

Heç təsadüfi deyil ki Naxçıvandakı xüsusi hərbi vahidin yalnız muxtar respublikanın deyil, ümumən respublikamızın müdafiəsində, hərbi potensialımızın güclənməsində böyük rolu var. Bu rolu – həm xüsusi təyinatlıların, həm digər birləşmələrin fədakarlığını 44 günlük Vətən Müharibəsində əyani şəkildə gördük. 3 il öncəki şanlı Günnüt əməliyyatı da Ümumqoşun Əlahiddə Ordunun əsl potensialını göstərir. Naxçıvanın müdafiə potensialı 44 günlük müharibədən sonra da möhkəmləndirilir. Ümumqoşun Əlahiddə Ordu ən çağdaş silahlarla, hərbi texnika ilə təchiz edilib. Naxçıvandakı hərbi vahidimiz, Naxçıvana diş qıcamaq istəyən Ermənistanın ordusunda rast gəlinməyən hərbi texnikalarla çoxdan komplektləşdirilib.

Bəli, hərbi aerodromun və hərbi hospitalın açılışı muxtar respublikanın təhlü-kəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Naxçıvanımızın təh-lükəsizliyinin təmin edilməsində bu obyektlərin danılmaz önəmi var. Naxçıvanda yeni hərbi hissələr tikilir, üstəlik, son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən qurulub. Müzəffər Ordunun Ali Baş Komandanının Naxçıvanda verdiyi ismarıclar içində “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” ismarıcı Dəmir Yumruğun yaratmış olduğu yeni gerçəkliyin parlaq ifadəsidir. Bu, ismarıc qalib Azər-baycanın qırmızı çizgilsinin özünəxas ifadəsidir.

– “Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.

– Müzəffər Ali Baş Komandanın bu açıq, birmənalı, əsaslı xəbərdarlığı Ermənistanın yaxın-uzaq havadarlarını da düşünməyə dəvət edir. Prezident rəsmi Ottava və rəsmi Parisə öz əssasız mövqelərindən əl çəkməkçün nə lazımdırsa, hər şeyi dedi. Bütün cavab və çağırışlardan sonra Zəngəzur Dəhlizi ilə bağlı deyilən sözlər də təsbit xarakteri ilə seçilir. Zəngəzur dəhlizi, bir başqa deyilişlə Turan Yolu Zəngilanla Naxçıvanı ayıran 40 km.-lik bir arlıqdır.

Prezident Zəngəzur haqqında yalnız dəhliz dəyərində danışmır, tarixi Azərbaycan torpağı olaraq danışır. Zəngəzur artıq siyasi leksionumuzda sabitləşib və bu sabitlik xarici tərəfdaşları, beynəlxalq aləmi də bizim həqiqətlərə dəvət edir. Bəli, Zəngəzur yalnız dəhliz darlığında deyil, tarix və gələcək böyüklüyündədir, siyasi-iqtisadi fəaliyyətimizin üfüqlərini cızır.

Prezident Naxçıvan səfərindən sonra Bakıda Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovu qəbul etdi. – Rusiya məlum iki Üçtərəfli Bəyanatın tərəfidir. Rusiya sülhməramlı məsuliyyət daşıyır. Və Ermənistan əvəzçıxmadan dəm vurub, Şuşa və Hadrutu öz ağıllarınca “seçki məlziməsi” yapır, Zəngəzur Dəhlizi ilə bağlı işlərin sürətlənməsi üçün əməli addımlarda bulunmur və s. Ermənistanın bu dələduzluğu, arxayınçılığı hansı sülhməramsızığa əsaslanır?

Əslində, Ermənistanın arxayınçılığı laxrayınçılıqdır – çox keçmədən anlarlar. Üçtərəfli Bəyənatların bir tərəfi – qalib Azərbaycansa qalib ədası deyil, qalib ləyaqəti göstərir. Hər iki Üçtərəfli Bəyanatın digər tərəfləri də, zəhmət çəkib, öz üzərlərinə düşən hüquqi, mənəvi, siyasi, iqtisadi – hər növ, hər cür öhdəlikləri ləyaqətlə yerinə yetirməlidir. Prezident Naxçıvan səfərindən sonra bu dəfə Mədəniyyət Paytaxtımıza səfər edib. Bugün Şuşada Xarıbülbül festivalı keçirilir. Mübarək olsun! Bugün müqəddəs Ramazanın son günüdür. Sabah Şuşada Bayram namazı qılınacaq. Bu dünyada təsadüfi heç nə yoxdur.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub