Arxiv
14 May 2021, 10:16 | AKTUAL
Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov 4-6 iyun 2021-ci il tarixlərində Bakıda 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə sayılı günlərin qaldığı ərəfədə avtoidman dünyasının aparıcı media qurumlarına geniş məzmunda müsahibə verib.

 

Müsahibədə “Reuters” xəbər agentliyi və “ESPN” idman kanalı ilə yanaşı dünyanın bir sıra qabaqcıl avtoidman xəbər portallarından, o cümlədən “Motorsport”, “Autosport”, “Racer”, “Racefans”, “Autocar” və “Motorsport Weekly”-dən jurnalistlər iştirak ediblər. 

 

Görüşün əvvəlində şirkətin rəhbəri A. Rəhimov yarışa hazırlıq işlərindən danışıb və həmçinin yarış çərçivəsində Covid-19 ilə bağlı görülən təhlükəsizlik tədbirləri barədə jurnalistləri ətraflı şəkildə məlumatlandırıb.

 

Daha sonra A. Rəhimov builki yarışın tamaşaçısız keçirilməsi, Formula 1 təqviminə daxil olan yeni yarışların Bakı yarışına mümkün təsirləri, Azərbaycan Qran Prisinin Formula 1 Dünya Çempionatına verdiyi töhfələr, bu ilin iyun ayında Avro-2020 çərçivəsində paytaxt Bakıda keçiriləcək futbol oyunlarının Formula 1 Azərbaycan Qran Prisinə təsirləri və digər aktual məsələlərə dair verilən sualları geniş şəkildə cavablandırıb.

 

  • Rəhimovun müsahibə zamanı səsləndirdiyi fikirlərdən bəzilərini burada diqqətinizə təqdim edirik:
  •  

    “Ötən ilin dekabrında baş tutmuş Zəfər Paradını nəzərə almasaq, 2021 Formula 1 Azərbaycan Qran Prisi koronovirus pandemiyasının başladığı tarixdən sonra paytaxt Bakının ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq”.

     

    “Bakıda bu yay keçiriləcək Avro-2020 futbol oyunları Formula 1 Azərbaycan Qran Prisi ilə müqayisədə koronavirusla mübarizə çərçivəsində tamaşaçıların hərəkətinin səmərəli idarəolunması baxımından daha əlverişlidir. Düşünürəm ki, bu səbəbdən sözügedən oyunlarda tamaşaçıların iştirakı nəzərdə tutulur. Bizdə isə eyni yanaşmanın indiki halda tətbiqi praktiki cəhətdən mümkün deyil”.

     

    “Bu il biz ölkəmizdə sayca 5-ci dəfə Formula 1 Azərbaycan Qran Prisi yarışına ev sahibliyi edirik. Formula 1 Rəhbərliyi (FOM) ilə olan mövcud müqaviləmiz 2024-cü ilə qədər qüvvədədir. Növbəti 3 ildə birlikdə hansı işləri görəcəyimizə dair müzakirələrə hələlik başlamamışıq. Son illər FOM ümumiyyətlə uzunmüddətli müqavilələr imzalamağa müsbət yanaşmır. Yeni rəhbərlik əməkdaşlığı daha çox qısa müddətli müqavilələr çərçivəsində aparmaqda maraqlıdır. Bu yanaşma bizim üçün də sərfəli olandır”. 

     

     

    “Son vaxtlar müzakirə olunan məsələlərdən biri də koronavirus pandemiyasının davam etdiyi bir dövrdə yarış iştirakçılarının Formula 1 təqvimində yer alan ölkələr arasında fasiləsiz və məhdudiyyətsiz səyahətinin təmin olunmasıdır. Bu məqsədlə Türkiyə ilə Azərbaycan Qran Prilərinin yerlərinin dəyişdirilməsi barədə məsələnin gündəmdə olduğundan xəbərdarıq. Bununla bağlı onu deyə bilərəm ki, bu addımın atılması mümkün deyil. Çünki həmin ərəfədə Bakı həm də Avro-2020 üzrə keçirilən futbol oyunlarına ev sahibliyi edəcək. Başqa sözlə, iyunun 12-də paytaxt Bakı sözügedən çempionat çərçivəsində burada keçiriləcək qarşılaşmaların birincisi üçün iştirakçıları qəbul edəcək. Bu da Azərbaycan Qran Prisi üçün təklif olunan tarixlə üst-üstə düşür. Belə ki, biz 2021 Formula 1 Azərbaycan Qran Prisini həmişəki vaxtında - 4-6 iyun tarixlərində keçirəcəyik”.

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Bu tələbələrə güzəşt ediləcək - Nazir açıqladı 18 İyun 2021, 09:54 Dünyadakı qaçqınların 82 milyonu ÖTDÜ 18 İyun 2021, 09:48 8 Noyabr prospektində qəza - FOTO 18 İyun 2021, 09:42 Müğənni Nura Surinin oğlu qəzaya düşdü - VİDEO 18 İyun 2021, 09:36 Nazirlik göldə batan hərbçinin axtarışına BAŞLADI 18 İyun 2021, 09:30 “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur - ÜNVANLAR 18 İyun 2021, 09:25 Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40
    SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?