Modern.az

İsrail-Fələstin qarşıdurmasında 36 uşaq öldürülüb

İsrail-Fələstin qarşıdurmasında 36 uşaq öldürülüb

Dünya

15 May 2021, 09:59

Son dörd gündə İsrail-Fələstin qarşıdurması nəticəsində 36 uşaq həlak olub.

Modern.az xəbər verir ki, bu barədə UNİCEF-in Yaxın Şərq və Şimali Afrika üzrə sözçüsü Cülyetta Tuma RİA Novosti-yə verdiyi açıqlamada bildirib. Ölənlərdən 34-ü Qəzza zolağında həlak olan fələstinli, 2-si isə israilli uşaqdır.

Qəzza zolağında vəziyyət 10 may axşamından kəskinləşib. İsrail ordusu indiyə kimi Qəzza zolağına təxminən 350 raket atıb, Fələstin tərəfindən isə İsrail ərazisinə 2000 raket buraxılıb.

Son məlumatlara görə, İsraildə 7 mülki və 1 əsgər öldürülüb.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrailin atəşə tutması nəticəsində 126 fələstinli ölüb, 950-dən çox insan yaralanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub