Modern.az

Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO

Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO

17 May 2021, 20:09

Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz rayonunun Aşağı Quşçu və Dondar Quşçu kəndindən olan, 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.

 

Görüşdə Aşağı Quşçu kənd sakinləri – "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Rəcəb Nazim oğlu Hüseynov (03.01.1994, Aşağı Quşçu, Tovuz – 09.11.2020, Şuşa),

"Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" (29.12.2020) medalları ilə təltif edilmiş şəhid Elvin Mehman oğlu Qurbanlı (02.02.1999, Aşağı Quşçu, Tovuz –  01.10.2020, Kəlbəcər),

"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Elburus İlyas oğlu Verdiyev (01.05.1993, Aşağı Quşçu, Tovuz – 26.10.2020, Füzuli),

"Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları (29.12.2020) ilə təltif edilmiş şəhid Füzuli Bahadur oğlu Süleymanov (20.02.1992, Aşağı Quşçu, Tovuz – 30.09.2020, Tərtər),

"Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Həsrət Vahid oğlu Ələsgərov (08.02.2001, Aşağı Quşçu, Tovuz – 08.10.2020, Tərtər),

"Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilmiş şəhid Atəş Yusif oğlu Aslanovun (01.04.1993, Aşağı Quşçu (Məşədivəlilər), Tovuz – 25.10.2020, Füzuli)

Dondar Quşçu kənd sakinləri –  "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş Ruslan şəhid Şaxsəddin oğlu Quliyev (20.11.1984, Dondar Quşçu, Tovuz – 11.10.2020, Kəlbəcər),

"Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid çavuş Əmrah Ürfət oğlu Əliyev (04.07.1997, Tovuz – 08.11.2020, Xocavənd) və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş Hüseyn Həbib oğlu Quluyevin (26.06.2002, Ağbaşlar, Tovuz – 25.10.2020, Füzuli) ailə üzvləri iştirak edib.

 

Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb və onları Ramazan bayramı münasibəti ilə təbrik edib:

 

“Əziz şəhid ailələri,

Siz Vətən uğrunda şəhid olmuş əsgərlərimizin doğmaları, ailə üzvlərisiz.

Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq.

Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik!

Sizlərə - şəhidlərimizin ailə üzvlərinə minnətdarıq!

Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.

Müqəddəs Ramazan bayramınız mübarək olsun”!

 

Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.

 

Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir