Arxiv
18 May 2021, 11:29 | AKTUAL
Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Moldovada fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresi (MAK) və bu ölkədəki Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, səfirliyin ərazisində baş turan tədbirdə yerli ictimai, siyasi, elm xadimləri, iş adamları, Moldovada yaşayan və təhsil alan 400 nəfərə yaxın azərbaycanlı iştirak ediblər.

 

Tədbirdə MAK sədri Elçin Bayramov, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, diaspor fəalı Maarif Rəhimov və başqaları çıxış ediblər. Natiqlər müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyəti, fəlsəfəsi və ideologiyası barədə danışıblar. Bildirilib ki, hər il dünyanın əksər ölkələrində doğum günü qeyd edilən dahi şəxsiyyətin xatirəsi əbədi olaraq azərbaycanlıların könüllərində yaşayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il əzəli torpaqlarımızın azad edilməsinə nail olmaqla və üçrəngli dövlət bayrağını Şuşada, Qarabağda yenidən ucaltmaqla ümummilli liderin vəsiyyətini yerinə yetirdiyi nəzərə çatdırılıb.

 

Tədbir zamanı Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib, dahi şəxsiyyətə həsr edilmiş şeirlər səsləndirilib, milli rəqs və mahnılar, eləcə də görkəmli bəstəkar və müğənni Müslüm Maqomayevin əsərləri ifa edilib.

 

Tədbir səfirliyin ərazisində ağacəkmə mərasimi ilə yekunlaşıb.

 

Qeyd edək ki, ağacəkmə kampaniyası Kişinyovdakı "Əbədiyyət" Memorial Kompleksinin Şuşa xiyabanında da həyata keçirilib. MAK sədri Elçin Bayramovun, Azərbaycanın Moldovadakı səfirliyinin nümayəndəsi Çingiz Quliyevin, diaspor fəallarının və bu ölkədə təhsil alan tələbələrin qatıldıqları aksiya zamanı xiyabanda ölkəmizə məxsus şabalıd fidanları əkilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşğaldan azad edilmiş bölgəyə ilk köç Kəlbəcərin timsalında GERÇƏKLƏŞİR 19 İyun 2021, 13:44 AKP-nin mətbuat katibi: “Şuşa türk dünyasının qəlbinin döyündüyü yerdir” 19 İyun 2021, 13:27 Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?