Modern.az

“Azərbaycana qarşı ciddi təhdidlər olur” - Vahid Əhmədov

“Azərbaycana qarşı ciddi təhdidlər olur” - Vahid Əhmədov

21 May 2021, 11:57

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Vahid Əhmədov  bəzi məsələlərə toxunub.

Modern.az xəbər verir ki, deputat İtaliya-Azərbaycan münasibətlərindən danışıb:

"İtaliya Azərbaycanın xarici siyasətdə bir nömrəli müttəfiqidir. Son vaxtlar Azərbaycana qarşı ciddi təhdidlər olur. Çünki bəzi dövlətlər bizim qələbəmizi həzm edə bilmir".


Vahid Əhmədov Qaragöl ətrafında baş verən hadisələrin adi hal olduğunu bildirib:

"Burada ajiotaj yaradacaq bir məsələ yoxdur. Dünən Prezident Amerika ilə münasibətlərə də ciddi şəkildə toxundu. Son vaxtlar xüsusilə Fransa Ermənistanı müdafiə etməklə istəyir ki, müəyyən prosesləri əksinə döndərsin. Hesab edirəm ki, üçtərəfli bəyanatın müddəaları uğurla yerinə yetirilir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır