Modern.az

Dekabrda Bakıda GUAM-ın iclası keçiriləcək

Dekabrda Bakıda GUAM-ın iclası keçiriləcək

Aktual

27 Sentyabr 2012, 18:23

BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində  Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilat olan GUAM-a üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 18-ci iclası keçirilib. Bu barədə Modern.az XİN-nin mtəbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, sözügedən iclasda Azərbaycan Respublikasının xarici işlər naziri E. Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Q.Vaşadze, Ukraynanın xarici işlər naziri K. Qrişenko, Moldova Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri İ. Muntyanu və GUAM-ın baş katibi V.Çeçelaşvili iştirak ediblər.

Tərəflər iclasın gündəliyinə uyğun olaraq aşağıdakı məsələləri müzakirə ediblər: 
-  BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinin 35-ci bəndinə uyğun olaraq GUAM məkanında həlli uzadılan  münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri barədə qarşılıqlı fikir mübadiləsinin aparılması;
- Xarici İşlər Nazirləri Şurası BMT Baş Assambleyasının növbəti sessiyasında “BMT və Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilat olan GUAM arasında əməkdaşlıq” adlı qətnamə layihəsinin irəli sürülməsi barədə razılığa gəliblər; 
- XİNŞ GUAM Parlament Assambleyasının Sədrinin növbəti iclasın 19-20 dekabr 2012-ci il tarixlərində Bakıda keçirilməsinə dair qərarını alqışlayıblar;  
- XİNŞ kiber təhdidlərə qarşı mübarizə, nüvə təhlükəsizliyi, kütləvi tədbirlər zamanı təhlükəsizlik kimi yeni sahələrdə əməkdaşlıq təşəbbüslərini dəstəklənib; 
- XİNŞ Nəqliyyat üzrə İşçi Qrupuna tövsiyə etmişdir ki, GUAM nəqliyyat dəhlizinin inkişafı üçün Konsepsiyanın qəbul edilməsi məqsədilə bu sahənin məsul qurumlarının rəhbərlərinin görüşünü təşkil etsin;
-  XİNŞ GUAM-Yaponiya arasında əməkdaşlığa dair proqramın layihəsi barədə razılığa gəliblər.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir