Modern.az

MSK: “Gülər Əhmədovanın mandatdan imtina məktubu hələ bizə daxil olmayıb”

MSK: “Gülər Əhmədovanın mandatdan imtina məktubu hələ bizə daxil olmayıb”

Aktual

29 Sentyabr 2012, 11:40

“Gülər Əhmədovanın deputat mandatının ləğv edilməsi barədə bizə hələ rəsmi məktub gəlməyib”. Bu sözləri Modern.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. O qeyd edib ki, dünən iş günü bitənə qədər, yəni saat 6-ya qədər onlara Gülər Əhmədova ilə bağlı rəsmi sənəd daxil olmayıb.  

“Mən də informasiyanı internet resurslarından öyrənmişəm. Hələki heç bir sənəd daxil olmayıb. Olan kimi məsələyə baxılacaq”.

Qeyd edək ki, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Gülər Əhmədova mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib.

Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciətinin aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərildiyini bildirib. 

Gülər Əhmədova barədə qalmaqallı videoçəkilişi keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yayıb. Həmin videomaterialda Gülər Əhmədova Elşad Abdullayevdən deputat seçilməsinin müqabilində 1 milyon manat rüşvət istəyir. Baş prokurorun göstərişi ilə bu məsələ barəsində cinayət işi açılıb, istintaq gedir.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü