Modern.az

Prezidentin Ağdamdan dünyaya verdiyi mesaj - Deputat ondan DANIŞDI

Prezidentin Ağdamdan dünyaya verdiyi mesaj - Deputat ondan DANIŞDI

3 İyun 2021, 14:42

Prezident İlham Əliyev mayın 28-də işğaldan azad olunmuş Ağdam şəhərinə  səfər edib. Səfər çərçivəsində dövlət başçısına Ağdam şəhərinin baş planı təqdim olunub. Prezident Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.


Eyni zamanda, İlham Əliyev qeyd edib ki, Ağdamda “Zəfər muzeyi” və açıq hava altında “İşğal muzeyi” yaradılacaq.


Prezident Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zaman qeyd edib ki, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq.


Milli Məclisin deputatı Bəxtiyar Əliyev Modern.az-a qeyd edib ki, İlham Əliyevin 28 mayda Ağdam şəhərinə səfəri bütün dünyaya verilən bir mesaj idi:


“Cənab prezidentin Ağdam şəhərinə növbəti səfəri tarixi gündə tarixi hadisə oldu. Çünki ilk təməli qoyulan və baş planı təsdiq edilən ərazi işğaldan azad olunan Ağdam şəhər və kəndi idi. İlham Əliyev açılışda xüsusi olaraq qeyd etdi ki, 28 may günü səfərin baş tutması təsadüfi deyil. Bu səfərin həmin günə salınmasının rəmzi mənası var. Əgər müstəqilliyimiz möhkəmləndirilməsə, iqtisadiyyatımız gücləndirilməsəydi bu gün torpaqlarımızı işğaldan azad edə bilməzdik.



Prezident çıxışı zamanı dünyaya mesaj verdi ki, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib, artıq Qarabağ torpaqlarında quruculuq işləri başlayıb.


Eyni zamanda, Ağdam ən müasir “ağıllı şəhər” konsepsiyası əsasında qurulur, Ağdamın sakinləri tezliklə öz torpaqlarına geri qayıdacaq. Ağdam ərazisinə görə ikinci, əhalisinin sayına görə isə üçüncü böyük şəhər olacaq. Çünki Ağdamda 100 min insanın rahat yaşayacağı şəhər qurulacaq. Elə bir Ağdam qurulacaq ki, dünyada ona bərabər olan bir şəhər olmayacaq.


Bundan sonra Şuşa və digər rayonlarımızın baş planı tərtib ediləcək və işğaldan azad edilən bütün ərazilərimiz yenidən qurulacaq”.


Fidan İlqar

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır