Modern.az

Bakıda təhsil alan şagirdlərin son STATİSTİKASI

Bakıda təhsil alan şagirdlərin son STATİSTİKASI

7 İyun 2021, 12:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəbləri haqqında  2020-2021-ci tədris ilinin yekununa aid statistik məlumat yayıb. 

 

BŞTİ-dən Modern.az-a verilən məlumata görə, idarənin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5  Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir.

 

2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 847, IX siniflərində 34 874, XI siniflərində 20 024, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər təhsil alır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı