Arxiv
9 İyun 2021, 17:00 | ANALİTİKA
Avropa İttifaqının saziş üçün Bakı qarşısında şərtləri: Azərbaycanın arqumentləri

Azərbaycanla Avropa Birliyi arasında Tərəfdaşlıq Prioritetləri haqqında yekun razılaşmanın imzalanmamasına əngəl yaradan əsas amil ticarət məsələləri ilə əlaqədardır.


Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas sazişin imzalanmaması səbəbindən danışarkən Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasına diqqət çəkib.


Əslində bu, yeni detal deyil. İqtisadi məsələlərlə bağlı başqa bir məqam da var, Avropa İttifaqı bu məsələdə də Azərbaycanın qarşısında şərtlərini açıqlayır. Bunu izah etməyə çalışacağam.


Mübahisəli məsələləri konseptual baxışlarla izah etmək üçün Prezident İlham Əliyevin 2019-cu ilin dekabr ayında yerli jurnalistlərə verdiyi müsahibəyə nəzər yetirmək lazımdır.


İlham Əliyev də Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmamasını Avropa İttifaqını narahat etdiyini demişdi.


Lakin Azərbaycanın bu iqtisadi Təşkilata qoşulmaması üçün arqumentləri var.


Bakı hesab edir ki, ölkənin əsas ixracın əsas hissəsi neft-qaz məhsullarıdır. Bu məhsulları ixrac etmək üçün isə Dünya Ticarət Təşkilatına üzv olmaq şərt deyil.


Bakının digər arqumenti budur ki, Azərbaycanın Təşkilata üzvlüyü yerli istehsalçılar, yerli sənaye sektoru, kənd təsərrüfatı sektoru böyük problemlərlə üzləşə bilərlər.


Risk faktorunu izah etmək üçün, Bakının mövqeyi budur ki, Azərbaycan həmin Təşkilata üzv olsa, ölkəyə yerli bazarda dominantlıq qazanmaq məqsədilə böyük həcmdə keyfiyyətsiz mallar idxal olunacaq və yerli istehsal ziyan görəcək.


Üçüncüsü, Bakı düşünür ki, Təşkilatın özü qlobal risklərlə üz-üzədir.


Avropa İttifaqının rəsmi nümayəndəsinin “narazılığındakı” digər detallar da gizlənir, hərçənd bunu açıqlamayıb.


Həmin detalı anlamaq üçün İlham Əliyevin müsahibəsinə yenidən ekskurs edərək digər bir məqama da diqqət çəkmək lazımdır.


Sazişə Avropa İttifaqı tərəfindən belə bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin.


Dövlət başçısı buna izah verərkən qeyd edib ki, hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır.


Azərbaycan hesab edir ki, əgər öz təbii qazını daxili qiymətlərlə satsa, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək.


İstehlakçılara qaz qiymətini ixrac qiymətləri ilə satmaq isə təbii ki, ölkə əhalisinin də ürəyincə deyil.



Aqşin Kərimov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ronaldo Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı 24 İyun 2021, 00:47 İstanbulda azərbaycanlı güllələndi - VİDEO 24 İyun 2021, 00:40 Almaniyada "Delta" ştammına yoluxanların sayı iki dəfə artdı 24 İyun 2021, 00:29 Senat Yunanıstana hərbi yardım qanununu təsdiqlədi 24 İyun 2021, 00:16 Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?